Accessibility links

ABŞ-da universitet məzunları ən çox hansı ixtisası seçmələrindən peşmandır?


Amerikalıların üçdə iki hissəsi universitet/kollec təcrübələrindən təəssüfləndiyini deyir.

250 min insan arasında keçirilən sorğuya görə, ən böyük təəssüf qaynağı təhsil borclarıdır. Belə ki, tələbələrin borcları on il əvvəl 600 milyard dollar təşkil edirdisə, 2018-ci ilin sonunadək bu göstərici 1.4 trillion dollar olub.

Humanitar fənlər üzrə ixtisaslaşanlar dəqiq elmlər üzrə dərəcə almış məzunlardan daha çox peşmançılıq keçirirlər.

İkinci təəssüf qaynağı kimi repondentlər götürdükləri ixtisaları göstərib. 10 nəfərdən biri ixtisaslarını düzgün seçmədiyini bildirib. Bu ixtisalara əsasən ingilis dili və tarix kimi humanitar fənlər daxil edilib.

Ən çox peşmançılıq hissi keçirənlər humanitar fənlər üzrə (21%), ən az peşman olanlar isə kompüter elmi üzrə ixtisaslaşan məzunlar (4%) olub.

Doğru ixtisas seçmədiyini bildrənlər idman, tədris, kommunikasiya, incəsənət, həyat və sosial elmləri nümunə göstərib.

Ən çox peşmançılığa səbəb olan universitet dərəcələrinin indeksi
Ən çox peşmançılığa səbəb olan universitet dərəcələrinin indeksi

Mühəndislik, kompüter elmləri və biznes kimi texniki və ya yüksək maaşlı ixtisas seçənlər arasında təəssüf keçirdiklərini deyənlərin sayı daha az olub.

Ümumilikdə müəyyən edilib ki, peşman olmayanlar əsasən ali təhsilli və yüksək maaşlı daha yaşlı nəsildir.

Universitetlərdə alınan ixtisaslar sonrakı karyerada iş tapmaq mühüm əhəmiyyət kəsb edir. ABŞ-da işsizliyin rekord aşağı həddə (3.6%) olmasına baxmayaraq əksər məzunlar üçün yüksək maaşlı iş tapmaq asan olmur.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG