Accessibility links

Kolorado ştatına əlavə yanğınsöndürənlər gəlib


ABŞ-ın qərbi Kolorado ştatında yanğın 100 binanı məhv etdikdən və azı bir adamın həyatına son qoyduqdan sonra əraziyə əlavə yanğınsöndürənlər gətirilib.

Rəsmilər bazar ertəsi Larimer Qraflığındakı bir evin küllüyündə 62 yaşlı qadın cəsədi aşkar ediblər. Bu qəsəbə Kolorado paytaxtı Denverdən 160 kilometr şimal-qərbdə yerləşir.

Alovla mübarizə aparan 400 yanğınsöndürənə 200 əlavə yanğınsöndürən qoşulacaq. İldırım nəticəsində başlamış yanğın 16,000 hektar ərazini əhatə edib və indiyədək yüzlərlə adamı evlərindən didərgin salıb. Bu, Kolorado tarixində üçüncü ən irimiqyaslı yanğın sayılır.

XS
SM
MD
LG