Accessibility links

Kolumbiyada girov saxlanan ABŞ vətəndaşı azad edilib


Dörd aydır Kolumbiyanın üsyançı qrupu tərəfindən girov götürülmüş ABŞ vətəndaşı sərbəst buraxılıb.

Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri qrupu (FARC) Amerika vətəndaşı Kevin Skott Sutayı Kolumbiyanın cənub-şərqində yerləşən ucaq bir yerdə beynəlxalq heyətə təhvil verib.

Qırmızı Xaç Cəmiyyətinin Kolumbiya təmsilçisi Cordi Raiç bildirib ki, həkim Sutayı müayinə edib və onun sağlam vəziyyətdə olduğunu deyib. Onun səyahət etməsi üçün heç bir əngəl yoxdur.

Sutay iyun ayının ortalarında FARC qrupunun fəal olduğu bölgədə qaçırılmışdı. Xəbər agentliklərinin verdiyi məlumata görə, bölgə rəsmiləri onun bu ərazidə qalmaması haqda xəbərdar etmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG