Accessibility links

Kolumbiyada etiraz aksiyası


Nümayişçilər Boqotanın mərkəzində toplaşaraq Kolumbiya hökuməti və üsyançılar arasında imzalanan sülh razılaşmasına etirazlarını bildiriblər.

Əllərində şar və şam tutan 100-ə yaxın nümayişçi prezident Xuan Manuel Santos və Kolumbiyanın İnqilabçı Hərbi Qüvvələri arasında sentyabrın 26-da imzalanan sülh razılaşmasını təsdiqləmək üçün bazar günü keçiriləcək referenduma “Yox” şüarları səsləndiriblər.

Etirazçılar razılığı dəstəklədiyini sadəcə üsyançıların əfvi, döyüşçülərə cəzanın tətbiq olunmaması, həmçinin onlara nağd pul mükafatı və əmək haqqı ilə təmin olunmasını qəbul etmədiklərini deyir.

Nümayiş zamanı çıxış edən Kolumbiyanın sabiq vitse-prezidenti Fransisko Santos deyib ki, üsyançıların komandirləri həlak olan hər bir şəxs üçün üzr istəməlidir.

İctimai rəy sorğuları göstərir ki, seçicilərin 66 faizi sülh razılaşmasına “hə” deyəcəklər. Seçki məntəqələri bazar günü səhər tezdən açılacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG