Accessibility links

Konfederasiya heykəlləri ilə bağlı debat davam edir [Video]


Ötən ay Virciniya ştatının Şarlotsvil şəhərində ağ millətçilərin keçirdiyi nümayişlər bir çox ABŞ ştatında Vətəndaş Müharibəsinə aid heykəllərin sökülməsi ilə bağlı debatların yenilənməsinə gətirib çıxarıb. Bəziləri bu heykəllərin Amerika tarixini əks etdirdiyinideyir, digərləri üçün isə onlar ağdərili supremasistliyi xatırladır.

Şarlotsvildə Konfederasiya generalının heykəlinin sökülməsinə qarşı etiraz edən ağ supremasistlərin nümayişi qarşıdurmaya ilə nəticələndi və nəticədə bir nəfər öldü, 19 nəfər isə yaralandı. Bu hadisədən sonra digər şəhərlər də Konfederasiya heykəllərini yığışdırmağa qərar verdi.

“İnsanlar bu heykəllərə baxanda, o zaman insanların həyatlarını nəyin uğruna qurban verməyə hazır olduqlarını görür. Yəni müstəqil quldarlıq dövlətinin yaranmasına”, deyə tarixçi Kevin Levin bildirir.

Virciniyalı sakin isə bu fikirlə razılaşmır.

“Onun irqçiliklə heç bir əlaqəsi yox idi. O, vətəndaş müharibəsi idi”, Erni Villiams söyləyir.

Levin deyir ki, heykəllərin aqibətini icmalar özü müəyyən etməlidir.

“Onlar ucaldıldığı dövrdə, yəni təxminən 1890-1940-ci illər ərzində, cənubdaki bir çox şəhərdə ağ icma yaşayırdı”, o deyir.

Debat davam etdiyi bir vaxt, hər iki tərəfdə gərginlik artır.

Brüs Andersen: “Ümumiyyətlə, mən düşünürəm ki, Konfederasiya heykəlləri sökülməlidir. Müharibədə İttifaq qalib gəldi. Ona görə də, Amerika vətəndaşları olaraq, bütün bu üsyançılar “tarixin zibilliyinə” atılmalıdır”.

Tomas Arzu: “Əgər heykəlləri yığışdırsanız, gənc nəslin onların nəyi təmsil etdiyi və bizim hansı çətinliklərdən çəkdiyimiz barədə heç bir təsəvvürləri olmayacaq”.

Loretta Törner: “Bizim başqalrına nifrət etməmizə səbəb olan irqi davranış nədir? Bunu anlamaq lazımdır. Yoxsa heykəlləri sökmək, dəyişmək, yerinə yenilərini ucaltmaq insanın daxilində heç bir dəyişiklik yaratmayacaq”.

Cənubda Yoxsulluq Hüquq Mərkəzi adlı insan haqları qrupunun bildirdiyinə görə, bu yaxınlarda aparılan araşdırma nəticəsində Konfederasiyaya aid 1500 simvol müəyyən olunub. Onlardan 700-ü isə heykəl və abidələrdir.

Bizim başqalrına nifrət etməmizə səbəb olan irqi davranış nədir? Bunu anlamaq lazımdır. Yoxsa heykəlləri sökmək, dəyişmək, yerinə yenilərini ucaltmaq insanın daxilində heç bir dəyişiklik yaratmayacaq.
Loretta Törner

Ötən həftə Vaşinqtonda yerləşən Milli Kafedral hərəkata qoşularaq, Konfederasiya generalları Robert Li və Tomas Stonvol Ceksonu təsvir edən vitrajları çıxarıb.

“Biz irqçilik və quldarlıq kimi məsəllələri həll etməyə çalışırdıq,” deyə kafedraldan dekan Randolf Hollerit bildirir.

Tənqidçilər deyir ki, heykəlləri sökmək tarixi silməyə bərabərdir. Bir neçə son tvitter mesajlarında prezident Donald Tramp “tarixi dəyişə bilmərik, amma dərs çıxara bilərik. Robert Li, Stonvol Cekson... növbəti kimdir, Vaşinqton? Cefferson?. Bu çox mənasızıdır”, deyə yazıb.

Bu həftə isə Konqres ağ supremasistləri, neo-nasistləri və digər nifrət qruplarını pisləyən qətnamə qəbul edib.

XS
SM
MD
LG