Accessibility links

ABŞ Konqresindən Rusiya, İran və Şimali Koreyaya güclü mesaj


Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası Rusiyanın keçən il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı Moksvaya qarşı sanksiyalara dair qanun layihəsini qəbul edib. Hər iki partiyanın dəstəklədiyi qanun layihəsində prezident Donald Trampın sanksiyaların yüngülləşdirilməsi məqsədilə mümkün səylərinə Konqres tərəfindən nəzarət edilməsi nəzərdə tutulur.

Rusiya, İran və Şimali Koreya ABŞ Konqresindən güclü mesaj aldı.

Ed Roys, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri.

“Dünyanın müxtəlif yerlərində olan bu üç ölkə ABŞ-ın başlıca maraqlarına hədə törədir və qonşu ölkələrdə vəziyyəti qeyri-sabitləşdirir.”

Qanun layihəsində bu ölkələrə qarşı ciddi iqtisadi və diplomatik cəzalandırma tədbirlərini nəzərdə tutulsa da, eyni zamanda prezident Trampa da mesaj verilir. Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli demokrat üzvü deyir ki, Konqresə nəzarət üçün daha artıq səlahiyyətlər verilir.

Elliot Engel:”Əgər prezident Tramp dostu cənab Putinlə qolf oynamaq istəsə, o, Konqresi nəzərə almalıdır, çünki biz cənab Putini cəzalandırırıq.”

Konqresdə Trampın kampaniya üzvlərinin Rusiya ilə əlaqələrinə dair təhqiqatların getdiyi bir vaxt hər iki partiya tərəfindən dəstəklənən qanun layihəsinin qəbul edilməsi prezidentin sanksiyaları yüngülləşdirmək səylərini məhdudlaşdırır.

Vilson mərkəzində təhlilçi Vilyam Pomerans:”Bu, prezident Tramp üçün ciddi məhdudiyyətlər deməkdir, çünki heç bir prezident sanksiyalara veto qoymaq kimi səlahiyyətini itirmək istəmir.”

Ağ Ev bu həftənin əvvəli sanksiyalara dəstək verməzdən əvvəl bu məhdudiyyətlərə qarşı çıxırdır.

Ağ Evin sözçüsü Sara Hakabi Sanders:”Administrasiya Rusiyaya qarşı sərt mövqeyə, xüsusilə də sanksiyaların qəbul edilməsi kimi addım dəstək verir.”

Konqresin nəzarəti nədən ibarət olacaq: ABŞ-ın Ukraynadakı keçmiş səfiri deyir ki, burada Birləşmiş Ştatların diplomatik imkanları nəzərdə tutula bilər.

Stive Payper:”Sanksiyalar qanun şəklini alanda, prezidentin səlahiyyətlərinə əsaslanırsa onların Rusiyanın davranışını dəyişmək baxımından təsiri daha az olur.”

Bu, prezident Tramp üçün çətin seçim kimi qiymətləndirilir.

Stive Payper:”Veto baha başa gələ bilər. İlk növbədə, bu, Trampın kampaniyası və ruslar arasında 2016-cı il seçkilər dövrü həqitətən də qeyri-münasib nəyinsə baş verdiyi kimi qəbul edilə ilər. İkincisi, çox böyük ehtimal var ki, veto ləğv edilə bilər.”

Qanunvericilər avqust ayında Konqresin yay tətilinə çıxmasına qədər qanun layihəsini prezident tərəfindən imzalanmasına çalışır.

XS
SM
MD
LG