Accessibility links

ABŞ Konqresində mühacirət böhranının həlli səyləri gücləndirilib


ABŞ Konqresində dərinləşməkdə olan mühacirət böhranının həlli səyləri gücləndirilib. Qanunvericilər sənədsiz azyaşlıların ölkəyə girişinə son qoyulması fikrində razılaşıb. ABŞ prezidenti Barak Obamanın 4 milyardlıq təklifinə dair razılığın hər iki partiya tərəfindən dəstəkləməsi Konqresdə nadir hallardandır. Prezident on minlərlə azyaşlıya qayğı və 3200 kilometrlik ABŞ-Meksika sərhədlərinin möhkəmləndirilməsini təklif edir.

Honduraslı uşaqlar
Honduraslı uşaqlar

Respubliakçıların nəzarəti altında olan Nümayəndələr Palatası Senatda səsverməyə mane ola bilər. Lakin respublikaçı senator, Ədliyyə Komitəsinin üzvü Çak Qrassli Konqresi avqust tətilllərindən öncə addım atmağa çağırıb. “Humanitar böhranın dərinliyi məni buna vadar edir.”

Senatorun nəzəri demokrat Tom Karperin dəstəyini əldə edib. “Bu, bizim tətillərdən əvvəl görəcəyimiz iş olmalıdır.”

Hər iki senator prezident Corc Buş tərəfindən 2008-ci ildə imzalanan qanunun yararsız olduğunu bildirir. Qanun Mərkəzi Amerika ölkələrindən gələn azyaşlıların sənədləşdirilməsini nəzərdə tutur.

Nəyə görə valideynlər 8,9,10 yaşlı uşaqları xarici bir ölkəyə göndədir?

Respublikaçı senator Lindsi Qrahamın dediyinə görə, bu qanun seks quldarlığı hökm sürən ölkələr, habelə Çindən gələnlərin geri qaytarılmaması məqsədi ilə qəbul edilmişdi.“Honduras, Qvatemala və Salvadordan gələnlər ölkəyə daxil olduqları üçün burda qala biləcəklərini düşünür.”

Senatorların təkliflərinin biri azyaşlıların qaçqın kimi ölkədə qalmasına məhdudiyyətləri nəzərdə tutur.

Demokrat senator Robert Menendezi bu kimi dəyişikliyin qanuni mühacirət yolu ilə Amerikaya gələnələrə qarşı tətbiq edilə biləcəyi qorxudur.

I
I

Digər bir təklif yeni dəyişiklərə nə qədər vəsaitin sərf edilməsi ilə bağlıdır.

Senator Qrahamın dediyinə görə, sərhədlərdəki humanitar böhrana vəsait lazımdır. Lakin o, eyni zamanda siyasətlə bağlı narahatlıqlar aradan qaldırılmayınca, fond ayrılmasına səs verməyəcəyini bildirib.

Senator Karper Mərkəzi Amerikada zorakılıqlar və yoxsulluğun hökm sürdüyü təqdirdə heç bir variantın işləməyəcəyini bildirir. “Nəyə görə valideynlər 8,9,10 yaşlı uşaqları xarici bir ölkəyə göndədir? Səbəb insanların Hondurasda cəhənnəmdə yaşamasıdır. Buna görə də onlar ölkəni tərk edirlər.”

ABŞ Konqresi
ABŞ Konqresi

Prezident Obama və onun kabinet nazirləri sənədsiz azyaşlıların avtomatik şəkildə yaşayış icazəsi verilməsinin əleyhinədir.

Obama administrasiyasının tənqidçiləri isə qismən də olsa prezidenti sərhəd böhranına görə günahlandırır. Belə ki, Obama bu yaxınlarda mühacirət islahatları üçün öz səlahiyyətlərindən istifadə edəcəyinə dair vəd verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG