Accessibility links

Konqres Rusiyanın ABŞ seçkisinə müdaxiləsini daha dərindən araşdıracaq [Video]


Konqres Rusiyanın ABŞ seçkisinə müdaxiləsini daha dərindən araşdıracaq
please wait

No media source currently available

0:00 0:02:09 0:00

ABŞ Konqresi Rusiyanın ötən ilki prezident seçki kampaniyasına müdaxiləsini araşdırmağa davam edir. Çərşənbə günü Senat və Nümayəndələr Palatasında iki dinləmə keçiriləcək. Qanunvericilər prezident Donald Trampın Rusiya istintaqında ədaləti əngəlləmək üçün hər hansı bir addım atıb-atmadığına dair fərqli fikirlərə sahibdilər. Bəzi deyilənlərə görə, bu məsələ keçmiş FBI direktoru Robert Muellerin apardığı xüsusi istintaqın diqqət mərkəzində yer alır.

Konqres dinləmələrinin növbəti mərhələsində Rusiyanın ötən il keçirilən ABŞ prezident seçkilərinə müdaxiləsi hərtəfəli müzakirə olunacaq.

Amma qeyri-müəyyən olaraq qalan yeganə məsələ Rusiya istintaqında ədaləti əngəllədiyinə görə prezident Donald Trampın özünün istintaqa cəlb olunub-olunmamasıdır.

Ötən həftə prezident Tvitterdə istintaqa cəlb olunduğunu təsdiqləyən mesaj paylaşmışdı.

Prezidentin vəkillərindən biri Cey Sekulov isə bunu inkar edib, demişdi ki, Ağ Ev Trampla bağlı istintaqın aparıldığına dair heç bir rəsmi təsdiq məktubu almayıb.

Bu ayın əvvəli FBI-ın keçmiş direktoru Ceyms Komi Senatın Kəşfiyyat Komitəsinə bildirib ki, prezident FBI-ın işdən çıxarılan milli təhlükəsizlik müşaviri Maykl Flinlə bağlı təhqiqatına istinad edərək, Komiyə “burax bu məsələni” deyib.

Ceyms Komi: “Mən prezidentin mənimlə apardığı söhbətin ədaləti əngəlləmək cəhdi olub-oldadığını deyə bilmərəm. Lakin onun söylədikləri məni narahat etdi.”

Tramp Kominin onların söhbəti ilə bağlı söylədiklərini inkar edir.

“Mən elə bir şey deməmişəm. Bu gün oxuduqlarıma əsasən, desəydim də heç bir problem olmazdı, amma deməmişəm”, prezident Tramp deyib.

Hüquqi məsələlər üzrə təhlilçilər ədalətin əngəlləndiyinə dair qənaətə gəlmək üçün yetərli dəlillərin olub-olmadığı üzərində razılaşmır.

“Düşünürəm ki, Konqresdəki insansar və digərlərinin böyük əksəriyyəti Kominin ifadəsinə inanır. Mən bilmək istərdim ki, görəsən onlar Kominin ifadəsinin ədalətin əngəlləndiyinə dair sübut olaraq görürlərmi?”, deyə Corc Vaşinqton Universitetindən Pol Şif Berman bildirir.

Bəzi respublikaçılar prezidenti müdafiə edir. Onlarından biri Senatın Kəşfiyyat Komitəsinin sədri Riçard Burrdur.

“Prezident sizdən FBI-ın Rusiyanın 2016-ci il prezident seçkilərinə müdaxiləsi ilə bağlı istintaqı dayandırmağınızı istəyibmi?”, dinləmə zamanı o, Komidən soruşub.

Komi isə “xeyr” deyə cavab verib.

Xüsusi məsləhətçi Robert Mueller iistintaq və ya Trampın istintaqa cəlb olunub-olunmadığı ilə bağlı ictimaiyyətə heç bir açıqlama verməyib.

XS
SM
MD
LG