Accessibility links

Demokrat qanunvericilər prezidentə qarşı federal məhkəməyə müraciət edib


ABŞ Konqresinin demokrat qanunvericiləri prezident Donald Tramp əleyhinə federal məhkəməyə müraciət edərək onu ABŞ konstitusiyasını pozaraq fərqli biznesləri vasitəsi ilə xarici pul qəbul etməkdə təqsirləndirir.

Nümayəndələr Palatası və Senatın 190-dan çox demokrat üzvü prezidentin Birləşmiş Ştatlarda içtimai ofisdə vəzifədə olan şəxsin Konqresin təsdiqi olmadan xarici ölkələrdən mükafat qismində hədiyə və pul qəbul etməsini qadağan edən ABŞ konstitusiyanın bəndini pozduğunu iddia edərək bu gün məhkəməyə müraciət edib.

Yanvar ayında vəzifəyə gəlməsindən bəri biznes maraqları səbəbindən Trampa qarşı ikinci dəfədir ki, məhkəmə işi açılır.

Bazar ertəsi Vaşinqton şəhəri və Meriland ştatının baş prokurorları Trampı prezidenlik vəzifəsindən istifadə edərək əsasən otelləri vasitəsi ilə zənginləşməkdə təqsirləndirib.

Digər bir məhkəmə prosesi qeyri-kommersiya siyasi qrup tərəfindən başlanılıb. Bu prosesə Trampın prezidentlik statusunun onların rəqabət aparmalarını çətinləşdirdiyini deyən bir qrup otel və restoran sahibləri də qoşulub.

XS
SM
MD
LG