Accessibility links

ABŞ Cənubi Koreyanın müdafiəsinə yardım vəd edib


ABŞ müdafiə nazirinin müavini Aşton Karter Şimali Koreyanın nüvə silahları ilə təhdidinə cavab olaraq Amerkanın nüvə qaynaqlarının Cənubi Koreyanın müdafiəsi üçün açıq olacağına vəd verib.

Seulda Çənubi Koreyanın müdafiə naziri Kim Kvan-cin ilə danışıqlardan sonra cənab Karter jurnalistlərə bildirib ki, Pxenyanın nüvə sınağı və hazırkı nüvə silahları ilə təhdidi bu ölkəyə qarşı münasibətləri yumuşaltmayacaq.

Karter deyib ki, Pxenyanın nüvə təhdidi sadəcə dünyanı Şimal Koreyaya qarşı çevirəcək.

ABŞ müdafiə rəsmisi Vaşinqtonun Cənubi Koreya qüvvələri ilə birgə hərbi əməlyatları davam etdirəcəyini və Alyaska ştatına raketlərdən müdafiə sistemi yerləşdirəcəyini deyib.
XS
SM
MD
LG