Accessibility links

Cənubi Koreya: Pxenyan ABŞ-la dialoqa açıqdır


Cənubi Koreya rəsmisinin bildirdiyinə görə, Şimali Koreya hərbi təhlükə olmadan nüvə silahlarına ehtiyac olmadığını deyib. Pxenyan həm də ABŞ-la dialoqa açıq olduğunu bəyan edib.

Rəsminin bəyanatı Cənubi Koreyanın nümayəndə heyətinin Şimala ikigünlük səfərinin başa çatmasından sonra səsləndirilib. Heyət Şimali Koreya lideri Kim Conq Unla indiyədək presedenti olmayan görüş keçirib.

ABŞ israr edir ki, Şimali Koreya danışıqlara başlamazdan öncə nüvə proqramını dayandırmağa öhdəlik götürməlidir.

Seulda təşkil edilən mətbuat konfransında Çanq Eu-yonq Şimali Koreyanın təhlükəsizliyi təminat altına alındığı təqdirdə nüvə silahı istehsalından ələ çəkəcəyini bildirdiyini deyib.

O, Koreyaların aprel ayında illərdən sonra sammit keçirilməsinə dair razılıq əldə etdiyini bildirib.

Seulun bəyanatları Şimali Koreya tərəfindən təsdiqlənməyib. Əgər doğrudursa, bu, Kim Conq Un üçün ciddi mövqe dəyişikliyi demək olacaq. Elə ötən həftə Şimali Koreya ABŞ-la danışıqlara hazır olduğunu, lakin öncəlik şərtləri qəbul etmədiyini bildirmişdi.

ABŞ israr edir ki, Şimali Koreya danışıqlara başlamazdan öncə nüvə proqramını dayandırmaq haqda öhdəlik götürməlidir.

Şimali Koreyanın KCNA rəsmi xəbər agentliyi görüşü pozitiv adlandıraraq, prezident Kimin Koreyalar arasında əlaqələrin ciddi şəkildə inkişaf etdiyini söylədiyini bildirib.

Cənubi Koreya prezidenti Mun görüşü iki ölkə arasında diplomatik prosesin başlanğıcı adlandırıb.

Prezident Munla görüşdən sonra xüsusi nümayəndə ABŞ-a səfər edərək, ölkə rəsmilərini məlumatlandıracaq.

ABŞ prezidenti Şimali Koreya ilə inkişaf əldə edildiyinin mümkünlüyünü qeyd etsə də, Pxenyanın yalan ümidlərə yol aça biləcəyi barədə xəbərdarlıqla çıxış edib.

Tramp tvit edərək bildirib ki, uzun zamandan bəri narahat olan tərəflər ciddi addım atmış oldu.

Lakin ABŞ dövlət başçısı Şimali Koreyanın niyyətinə şübhə ilə yanaşdığını bildirib. “Dünya baxır və gözləyir. Bəlkə bu, yalan ümidlərdir. Lakin ABŞ hər iki istiqamətdə sərt mövqe tutmağa hazırdır!” Donald Tramp yazıb.

XS
SM
MD
LG