Accessibility links

Cənubi Koreya ilə Şimali Koreya Olimpiya Oyunları danışıqlarını davam etdirir


Şimali və Cənubi Koreyala rəsmiləri gələn ay Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından öncə bir-birini ziyarət edir. İki rəqib ölkə Şimali Koreyanın oyunlarda iştirakına dair razılıq əldə edib.

Çərşənbə axşamı cənubi koreyalı deleqasiya Şimali Koreyaya üç günlük səfər edib. Onlar Pxençxan oyunları zamanı tədbirlərin keçiriləcəyi potensial məkanlara baxıb.

Bu səfər Şimali koreyalı deleqasiya Olimpiya Oyunları zamanı bədii çıxışların olacağı məkanları yoxlamaq üçün Seula iki günlük səfərindən sonraya təsadüf edir. Həmin deleqasiyaya qadın Şimali Koreyanın populyar qızlardan ibarət Moranbong orkestri başçılıq edirdi.

Seul və Pxenyan arasında əldə olunan razılığa əsasən, iki ölkə fevralın 9-da açılış mərasimi zamanı bir bayraq altında yürüş edəcək və oyunlarda xokkey komandaları birləşərək birlikdə yarışacaq.

XS
SM
MD
LG