Accessibility links

ABŞ-la Şimali Koreya arasında gərginliklər artmaqdadır


ABŞ-la Şimali Koreya arasında gərginliklər artmaqdadır. Kommunist ölkəsinin milli bayramını nüvə və ya ballistik raket sınaqları ilə qeyd edəcəyi narahatlıqlar doğurur.

Şimali Koreya Xalq Orsunun təsis edilməsinin 85-ci ildünümü o ölkənin Punqq-ri nüvə obyektində fəaliyyətlərini artırdığı müşahidə edilir.

Bu arada, ABŞ-la Yaponiyanın hərbi gəmiləri Sakit okeanın qərbində, Şimali Koreya yaxınlığında birgə hərbi təlimlərə başlayıblar.

Təlim məşqləri ABŞ-ın raket gəmilərindən ibarət zərbə qrupunun bu günlərdə Şimali Koreyaya yaxınlaşması fonunda keçirilir.

Hazırkı təlimdə Yaponiyadan 2 raket gəmisi, həmçinin ABŞ-ın “Karl Vinson” raket gəmisi iştirak edir.

“Karl Vinson” gəmisi Avstraliyaya getməli idi, amma son günlər Şimali Koreyanın yeni raket sınaqları keçirməsinə görə, ona Koreya yarımadasına dönmək əmr olundu.

Yaponiya rəsmilərinin sözlərinə görə, ölkənin raket gəmiləri ABŞ-ın “Karl Vinson” gəmisi ilə müxtəlif taktiki tapşırıqları yerinə yetirəcəklər.

Reutersin məlumatına görə, Yaponiya gəmiləri “Karl Vinson” gəmisini şimala, azı Şərqi Çin dənizinədək müşayiət edəcək.

Şimli Koreya Amerikanın nüvə gücünə malik olan təyyarədaşıyan gəmisini bir zərbə ilə batırmağa qadır olduğunu bəyan edib.

Gərginliklər Şimali Koreyada daha bir ABŞ vətəndaşının nəzarət altına alınması ilə daha da dərinləşib.

Koreya mənşəli amerikalı cümə günü Pxenyanın hava limanında saxlanıb.

İsveçin Pxenyandakı səfirliyi amerikalı şəxsin nəzarət altına alındığından xəbərdar olduğunu bildirib, lakin bunun təsdiqinin mümkün olmadığını deyib.

Səfirlik iki ölkə arasında diplimatik əlaqələr olmadığına görə, ABŞ-ın konsulluğunu təmsil edir.

Soy adı Kim olan həmin şəxs 50 yaşlarındadır. O, Şimali Koreyaya yardım proqramları ilə məşğul olur. Kim Çinin Yanbian Universitetinin sabiq professorudur. Onun həbsinin səbəbləri bəlli deyil.

Beləliklə, Şimali Koreyada həbs edilən amerikalıların sayı 3-ə çatır.

Digər iki amerikalı hələ də həbsdədir. Ötən il 21 yaşlı Sinsinnati universitetinin tələbəsi 15 il müddətinə azadlıqdan məhrum edilib. Təbliğat plakatını oğurladığını etiraf edən Otto Uarbier adlı tələbə ağır əmək düşərgəsinə göndərilib.

Kim Donq Çul adlı digər şəxs 10 illik həbs cəzasını çəkməkdədir. O, casusluqda ittiham edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG