Accessibility links

Cənubi koreyalılar Şimali Koreya ilə nüvəsizləşmə danışıqlarına optimist yanaşır [Video]


Cənubi koreyalılar Şimali Koreya ilə nüvəsizləşmə danışıqlarına optimist yanaşır
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Cənubi koreyalılar ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Con Un ilə danışıqlarına razılıq verməsindən sonra sülh perspektivinə daha optimist yanaşmağa başlayıblar.

Seul küçələrində insanlar Şimali Koreya nüvə danışıqları ilə bağlı ümidlidirlər.

Can Sun-ae, Seul sakini: “Heç kəs müharibə sevmir. Nə Şimali Koreya, nə biz, nə də ki, qonşu ölkələr. Ona görə düşünürəm ki, danışıqlar sülh istiqamətində addım olacaq.”

Cənubi Koreyada bu yaxınlarda keçirilən rəy sorğularında iştirak edən respondentlərin 70 faizi Şimali Koreya lideri Kim Conq Un və Cənubi Koreya prezidenti Mun Cae-in arasında apreldə, daha sonra isə mayda Kim və ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşün lehinə olduqlarını deyib.

Şimali Koreya bu il potensial olaraq ABŞ ərazisini hədəfə ala biləcək qitələrarası raket proqramını dayandırmaqla və Cənubi Koreyada keçirilmiş Qış Olimpiya Oyunlarında iştirak etməklə nüvəsizləşmə müzakirələrinə açıq olduğunu nümayiş etdirdi. Eyni zamanda Şimali Koreya lideri Cənubi Koreyanın nümayəndə heyəti qəbul edən zaman bildirib ki, nüvəsizləşmə danışıqlarında iştirak etmək niyyətindədir.

Rəy sorğularında iştirak edən cənubi koreyalıların 60 faizi nüvəsizləşmə razılığı eldə edilsə belə, Şimali Koreyanın sazişə əməl edəcəyinə skeptik yanaşır.

Han Pil-Vu, Seul Sakini: “Məncə biz şimali koreyalıların nüvəsizləşmə ilə bağlı dediklərinə 100 faiz inana bilmərik. Çünki onlar yalan danışmaqda ustadırlar.”

Tramp ilk dəfədir ki, cənubi koreyalılar arasında keçirilən sorğuda Çin prezidenti Şi Tsinpinqdən daha yuxarı etimad reytinqi toplayıb. Buna səbəb, ABŞ prezidentinin heç bir şərt irəli sürmədən Kim ilə görüşməyə razılıq verməsi və nüvə sazişi əldə edilənə qədər sanksiyaların qüvvədə qalacağını deməsi olduğu bildirilir.

Digər bir rəy sorğusunda, nüvəsizləşmə danışıqlarının keçirilməsi səylərinə cavab olaraq Cənubi Koreya prezidenti Munun etimad reytinqi 70 faizdən daha yuxarıya yüksəlib.

Sonq Ca-Yonq, Seul sakini: “Bu danışıqların nə ilə nəticələnəcəyini bilmirik. Lakin belə bir cəhdin olması çox yaxşıdır.”

Şimali Koreya lideri nüvə sammitində iştirakını hələlik təsdiq etməsə də zirvə toplantısına hazırlıqlar davam edir.

ABŞ-ın Şimali Koreyaya qarşı başlatdığı sanksiyalara son qoyulması üçün nüvə proqramının ləğv edilməsi tələb olunur.

XS
SM
MD
LG