Accessibility links

Koreyalar arasında hərbi danışıqlar iflasa uğradı


Koreyalar arasında hərbi danışıqlar iflasa uğradı
Koreyalar arasında hərbi danışıqlar iflasa uğradı

Cənubi Koreya kommunist şimalla ikigünlük danışıqların iflasa uğradığını bildirir. Baş verənlər iki ölkə arasındakı gərginliyin aradan qalxmasına dair ümidlərə zərbə endirib. Cənubi Koreya müdafiə nazirliyi bildirib ki, şimalın nümayəndələri Pammuncom sərhəd qəsəbəsində aparılan danışıqları günorta tərk ediblər. Rəsmilər danışıqların iflasa uğramasının səbəblərini göstərməyiblər. Lakin onlar Şimali Koreyanın cənubun yüksək səviyyəli danışıqları üçün irəli sürdüyü iki tələbi yerinə yetirməkdən imtina etdiyini deyiblər. Cənubi Koreya israr edir ki, Şimali Koreya noyabrın 23-də Yeonpyeonq adasına hücuma görə üzr istəməlidir və cənubun Çeonan gəmisini batırdığına görə məsuliyyəti öz üzərində götürməlidir.

XS
SM
MD
LG