Accessibility links

ABŞ-da gənc azlıqlar arasında COVID-19-dan ölüm riski daha yüksəkdir


A woman holds a young child as people demonstrate by the Lincoln Memorial in Washington on Friday, June 19, 2020, to mark Juneteenth, the holiday celebrating the day in 1865 that enslaved Black people in Galveston, Texas, learned they had been freed…

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlnin bu həftə açıqladığı məlumatında deyilir ki, azlıqların 21 yaşından kiçik nümayəndələrinin eyni yaş qrupundan olan ağ amerikalılarla müqayisədə COVID-19-a yoluxma riski xeyli yüksəkdir.

Fevral ayının 21-dən iyul ayının 31-dək 27 ştatdan alınan məlumatlara görə, koronavirusdan 21 yaşdan aşağı 121 nəfər ölüb. Onların 75 faizdən çoxu ABŞ əhalisinin 41 faizini təşkil edən latın amerikalılar, qaradərililər, amerikalı hundular və Alyaskanın yerli əhalisi olub.

Hesablamalara görə, latın amerikalıların uşaqları arasında ölüm halları 44 %, qaradərili uşaqlarda 29 % təşkil edibsə, ağ amerikalı uşaqlarda 14 % olub. Amerikalı hundular və Alaskanın yerli sakinləri COVID-19 ölümlərinin 4 faizini təşkil edib. Asiya və Sakit Okean adalarında da ölüm nisbəti eyni olub.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlnin hesabatında ölənlərin 75 faizində astma, piylənmə, nevrologiya, inkişafdan qalma və ya ürək-damar kimi xəstəliklərdən ən azı birinin olduğu aşkar edildiyi bildirilib.

Tədqiqatçılar deyir ki, yaşayış şərtləri, qida və mənzil, imkansızlıq və təhsil boşluqlarıını gənc azlıqların yüksək ölüm göstəricilərinin faktorları ola bilər.

Mərkəz çərşənbə günü rəsmi təsdiqdən sonra 24 saat ərzində bir peyvəndin paylanmasına başlamaq planının təfərrüatını açıqlayıb.

Plana əsasən, Ərzaq və Dərman İdarəsi təcili istifadə əmri və ya tam rəsmi təsdiqləməyə icazə verildikdən sonra ilk növbədə səhiyyə işçiləri kimi vacib işçilərə tətbiq edilməklə dərman paylanacaq.

Agentlik peyvənd geniş yayılandan sonra bütün amerikalılar üçün pulsuz tətbiq ediləcəyini bildirib.

XS
SM
MD
LG