Accessibility links

Latın Amerikası koronavirusun yeni episentrinə çevrilib


Koronavirusdan ölümlərin sayı 100 mindən çox olan Latın Amerikası dünyada pandemiyanın yeni mərkəzinə çevrilib.

Cons Hopkins Universitetinin bildirdiyinə görə, COVID-19-a 1 milyon 145 min 906 təsdiqlənmiş yoluxma, 52 min 645 ölüm halı ilə Braziliya Birləşmiş Ştatlardan sonra bölgədə birinci yerdədir. Brazliyada çərşənbə axşamı son 24 saat ərzində rekord 39 min 436 yoluxma, 1300-dən çox ölüm halı qeydə alınıb.

Pandemiya elə bir həddə çatıb ki, federal hakim prezident Jair Bolsonaronun ictimaiyyət qarşısında maska taxmayacağı təqdirdə gündə təxminən 400 dollar cərimə ödəməsinə göstəriş verib.

Hakim Bolsonaronın Braziliyanın virusun yayılmasının qarşısının alınması ilə bağlı yerli qanununu pozduğunu deyib. Bolsonaro indiyə qədər seçicilər və uşaqlarla sıx təmasda olduğu böyük siyasi mitinqlərdə maska taxmaqdan imtina edib.

Bolsonaro pandemiyanı "qrip" olaraq qəbul edir və virusdan narahat olan hər kəsin nevrotik olduğunu deyir.

Təhlilçilər Latın Amerikasında təsdiqlənmiş yoluxma və ölüm hallarının artmasına səbəbin regionda geniş yayılmış yoxsulluq və hökumətə inamsızlıq, eləcə də Bolsonaro və Meksika prezidenti Andres Manuel Lopez Obrador kimi liderlərin əsl riski azaldaraq və ya rədd edərək, virusun qarşısını almaq üçün ciddi məhdudiyyətlər tətbiq etməməsi ilə bağlı olduğunu deyir.

Birləşmiş Ştatlar 2.3 milyon təsdiqlənmiş yoluxma və 121 min 222 ölüm halı ilə hər iki kateqoriyada dünyada liderliyini davam etdirir. The Washington Post qəzetinin yazdığına görə, yeddi ştat - Arizona, Arkanzas, Kaliforniya, Şimali Karolina, Cənubi Karolina, Tennessi və Texas pandemiya başlanandan bəri COVID-19 xəstələrinin ən çox xəstəxanalara yerləşdirildiyini ştatlardır.

XS
SM
MD
LG