Accessibility links

Pfizer-BioNTech peyvəndi virusun Cənubi Afrika variantına qarşı da təsirlidir


Yeni araşdırmaların nəticələri immunitetə daha aşağı reaksiya verməsinə baxmayaraq, Pfizer-BioNTech COVID-19 peyvəndinin virusun Cənubi Afrika variantına qarşı da təsirli olduğunu göstərib.

Çərşənbə günü New England Journal of Medicine-də yayımlanan hesabatda deyilib ki, Pfizer və Texas Universiteti Tibb Şöbəsinin araşdırmaçıları birlikdə B.1.35.1 adlanan Cənubi Afrika variantında aşkar edilən eyni mutasiyalarını daşıyan virusun yeni versiyasını yaradıb. Onlar bu virusun sınağını Pfizer-BioNTech peyvəndinin hər iki dozasını almış insanlardan alınan qan nümunələrində aparıb.

Nəticələr peyvəndin anti-cisim yaratma qabiliyyətinin 3-də 2 dəfə az olduğunu göstərib.

NEJM-də dərc edilən başqa bir açıqlamada ABŞ-ın Moderna əczaçılıq şirkəti B.1.35.1 variantına qarşı iki dozlu COVID-19 peyvəndində də oxşar nəticələr əldə edildiyi bildirilib.

Pfizer və BioNTechin bəyanataında deyilir ki, onlar lazımi invetsiyalar yatırmaqla yanaşı, tənzimləyiçilərlə vaksinlərin gözlənilən yeni variantlarının hazırlanması məsələsini müzakirə edir.

Bu arada Honq Konq rəsmi olaraq Çinin Sinovac koronavirus peyvəndinin fövqəladə istifadəsinə icazə verib.

Şirkətin klinik sınaqlarının son mərhələdəki nəticələrini açıqlamamasına baxmayaraq, Honq Konq peyvənin tətbiqinə icazəni COVID-19 peyvəndləri ilə əlaqədar xüsusi məsləhət qrupunun peyvəndin həqiqi effektivliyini təyin etmək üçün istifadəsini tövsiyə etdikdən sonra verib.

Qrup Sinovac-ın 28 gün ara ilə vurulan iki dozlu peyvəndinin təsir dərəcəsinin 62%-dən bir qədər çox olduğunu bildirib.

Bir milyon dozalıq Sinovac peyvəndinin ilk partiyasının şəhərə cümə günü gətirilməsi, tətbiqinə isə bir həftə sonra başlaması gözlənilir.

XS
SM
MD
LG