İki nəfər bir şeyi eyni görəndə, çox vaxt onların eyni beyin dalğa uzunluğunda olduqları deyilir. Bu yaxınlarda isə bu, elmi baxımdan təsdiqlənib. Belə ki, Kembric Universitetinin alimləri böyüklər və körpələrin beyin dalğalarının böyüklər körpələrə lay-lay oxuduğu zaman onların bir-birilərinin gözlərinə baxanda sinxronlaşdığını aşkar edib.
Hellen Harrison 8 aylıq qızı Anyanın gözlərinin içinə baxaraq laylay oxuyur. Qızı da onun gözlərinə baxır.
Bu, körpələrin böyüklərin beyin fəaliyyətinə bağlanmaq qabiliyyətinə malik olduğunu göstərən ilk tədqiqatdır və biz düşünürük ki, bu, onların baxışı ünsiyyət qurmaq işarəsi kimi qəbul etdiyini göstərir.Viktoria Leonq
Bir neçə dəqiqə sonra Harrison lay-layı başqa yerə baxaraq oxuyur.
Ana və uşağa onların beyin dalğalarını müəyyən edib, təhlil üçün kompyuterə göndərən sensorları olan papaqlar taxılıb.
Viktoria Leonq Kembric Universitetindəki Baby-LINC laboratoriyasına başçılıq edir.
“Bu, körpələrin böyüklərin beyin fəaliyyətinə bağlanmaq qabiliyyətinə malik olduğunu göstərən ilk tədqiqatdır və biz düşünürük ki, bu, onların baxışı ünsiyyət qurmaq işarəsi kimi qəbul etdiyini göstərir,” deyə o bildirir.
36 cüt körpə və valideyndən alınan beyin dalğaları onu göstərir ki, onların beyin dalğaları arasındakı sinxronlaşma bir-birlərinə baxışlarından asılıdır.
Ən heyrətləndirici kəşf o idi ki, ən yüksək sinxronlaşma dərəcəsi valideynin başı çevrili olub, amma gözləri düz uşağın gözlərinin içinə baxanda olur.
“Başını çevirib amma yenə də gözləri ilə uşağa baxanda bu, onun ünsiyyət qurmağa daha istəkli olduğunu göstərir, çünki o başını çevirsə də bilərəkdən yenə də uşağa baxır,” deyə Dr. Leonq deyir.
Başını çevirib amma yenə də gözləri ilə uşağa baxanda bu, onun ünsiyyət qurmağa daha istəkli olduğunu göstərir, çünki o başını çevirsə də bilərəkdən yenə də uşağa baxır.Dr. Viktoria Leonq
Körpələrin ünsiyyət qurmaq niyyətləri onların çıxardıqları səslərin sayı və uzunluğu ilə ölçülüb.
Körpələr və onlara qayğı göstərən insanlar arasında birbaşa göz əlaqəsi ünsiyyət və dil qabiliyyətinin inkişafına təkan verir. Ən uzun səs çıxaran körpələrin böyüklərlə sixnonlaşması daha güclü olub. Alimlər isə deyir ki, bu, onların öyrənmə qabiliyyətlərinin daha effektiv olmasına gətirib çıxara bilər.
Alimlər deyir ki, nəticələr onu göstərir ki, körpə və böyüklərin beyinləri arasında sinxronlaşma hər ikisi ünsiyyət qurmağa daha istəkli olduğu zaman daha yüksək olur.