Accessibility links

Kolumbiyada körpü çöküb


Mərkəzi Kolumbiyada tikintisi davam edən körpünün çökməsi nəticəsində azı 10 nəfər inşaat işçisi həyatını itirib, daha 5 nəfər isə yaralanıb.

İşçilərdən birinin bildirdiyinə görə, qəza hadisəsi çox sürətlə baş verib.

“Anidən yüksək bir səs eşitdik. Körpünün dayaqlarını dəstəkləyən polad kabellər anidən qırılmağa başladı. Biz qaçaraq, ərazini evakuasiya etməyə çalışdıq. Lakin, hər tərəfi qalın tüstü bürümüşdü. Biz qaçmağa çalışdıqca mən çevrilib arxaya baxdım. Körpünün dirəyi artıq çökmüşdü. Biz dostlarımıza kömək etməyə çalışdıq amma bacara bilmədik. Təəssüf ki, onların bir neçəsi öldü.” – deyə, inşaat işçisi Maikol Lopez bildirib.

İnşa edilən körpü paytaxt Boqota və Villavisensio şəhərini birləşdirən yolun bir hissəsi olması planlaşdırılırdı.

Bazar ertəsi baş verən hadisənin səbəbləri ilə bağlı istintaq işi başladılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG