Accessibility links

Kosmik tullantılar [Video]


Biz təkcə planetinimizin səthini deyil, onun ətrafındakı fəzanı da çirkləndiririk. Bunun isə dəhşətli nəticələri ola bilər. Almaniyanın Darmştat şəhərində keçirilən 7-ci Avropa Kosmik Tullantılar Konfransında iştirak edən alimlər deyir ki, Yer kürəsinin ətrafındakı fəzanın bəzi yerlərində tullantıların həcmi o qədər çoxdur ki, çox yaxında oradan uçmaq təhlükəli ola bilər.

Kosmosdan istifadə hər kəsin marağındadır. Ona görə də, kosmik tullantılar problemini həll etmək də hər kəsin marağında olmalıdır, çünki biz elə qlobal bir problem yaratmışıq ki, bu, təkcə qlobal miqyasda həll oluna bilər.
Holqer Kraq

Avropa Kosmik Agentliyi ESA-nın hazırladığı bu animasiya reallığı əks etdirmir. Əslində işlənmiş raketlər və sönmüş peyklərdən tutmuş qırılmış parçalar və hətta itirilmiş əl alətlərinə kimi bir çox kosmik tullantılar bir birindən çox uzaq məsafədədir.

Amma onların çoxu saatda 40 min kilometrlik sürətlə hərəkət edir.

Holqer Kraq: “Peyklə bu sürətdə toqquşmaq qumbara partlayışına bərabərdir. Bu cür zərbə peykin iflasa uğraması, böyük əşyaların bir-birinə dəyməsi isə hətta peykin məhvi və yeni parçaların yaranması ilə nəticələnə bilər”.

Zərbədən sonra parçalar fərqli istiqamətə dağılır. İllər boyu bu parçaların sayı artır və bununla onların astronavtları daşıyan kosmik gəmi ilə toqquşma riski də artır.

Bu yaxınlarda Almaniyada keçirilən konfransda alimlər problemin mümkün həll yollarını müzakirə ediblər. ESA-dən Holger Kraq deyir ki, bu problem qlobal həll tələb edir.

“Kosmosdan istifadə hər kəsin marağındadır. Ona görə də, kosmik tullantılar problemini həll etmək də hər kəsin marağında olmalıdır, çünki biz elə qlobal bir problem yaratmışıq ki, bu, təkcə qlobal miqyasda həll oluna bilər”, deyə o bildirir.

ABŞ-ın Kosmik Strateji Komandanlığı kosmosda futbol topu böyüklüyündə 18 min əşyanın, bir santimetr ölçüsü olan 750 min parçanın, bir millimetr ölçüsü olan isə bir neçə milyon əşyanın olduğunu bildirir.

Burada saniyədə 7 kilometr sürətlə hərəkət edən bir santimetr enində poladın alüminium parçası ilə toqquşması halında baş verənlər göstərilir.

Kosmik tullantıları təhlükəsiz bir şəkildə təmziləməyin yeganə yolu onları daha kiçik parçalara bölünmədən toplamaqdır.

Artıq bir neçə ideya sınaqdan keçirilir. Bunlara robot əllə təchiz olunmuş kosmik gəmi və uzaq məsafədən atılan torlar daxildir.

Lakin çox yüksək sürətlə uçan və daima bölünən metal parçalarına təhlükəsiz bir şəkildə yaxınlaşıb onları toplaya bilmək asan həll yolu olmayan bir problemdir.

XS
SM
MD
LG