Accessibility links

Kosovo ilə Serbiya arasında ərazi mübadiləsi ilə bağlı danışıqlar aparılır [Video]


Kosovo ilə Serbiya arasında ərazi mübadiləsi ilə bağlı danışıqlar aparılır
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Kosovo ilə Serbiya arasında on ildir davam edən mübahisə səbəbilə hər iki ölkə etnik xəttlərə əsaslanan ərazi mübadiləsi emtək istəyir. Brüssel və Vaşinqton isə uzun zamandır bu addımın əleyhinə çıxır. Lakin hər iki Balkan ölkəsinin lideri deyir ki, sərhədlərin yenidən çəkilməsi onlara fikir ayrılıqlarını həll etməyə və Avropaya inteqrasiya yolunda irəliləyiş əldə etməyə yardım edə bilər.

Əgər Kosovo və Serbiya daimi sülhlə və hər iki ölkənin bir-birini tanıması ilə nəticələnəcək razılıq əldə etsəydilər, bu, Serbiyadakı siyasəti həll etməyə yardım edərdi, Kosovonun da irəli getməsinə yol açardı
Kört Volker

Kosovo Serbiyadan müstəqilliyini elan edəndən on il sonra iki ölkə aralarındakı fikir ayrılıqlarını həll etmək yolunda demək olar irəliləyiş əldə etməyib. Serbiya və bir neçə digər ölkə Kosovonun müstəqilliyini tanımasa da, nəhəng Qərb qüdrətləri tanıyır.

İndi hər iki ölkənin lideri sərhədlərini yenidən çəkməyi təklif edir. Bu isə böyük irəliləyişə səbəb ola bilər. Amma bəzi ekspertlər xəbərdarlıq edir ki, bu addım bir çox problemlərə yol aça bilər.

“Bu, qeyri-sabitlik yaradacaq, təhlükəli olacaq. Bu, Kosovo və Serbiyada zorakılıqlara səbəb ola bilər” – deyə, Kolumbiya Universitetindən Deyvid Fillips bildirir.

Ərazi mübadiləsi nəticəsində Şimali Kosovonun əsasən serblərin yaşadığı hissəsi Serbiyaya, Serbiyada etnik albanların çoxluq təşkil etdiyi Presevo Vadisi isə Kosovonun ərazisinə əlavə olunacaq.

“Plüralizm və demokratiya ABŞ siyasətinin təməl daşıdır. Bu həmçinin Avropanın üzv olmaq istəyən ölkələrinə yanaşmasının da təməl daşıdır”, Fillips deyir.

Lakin Mərkəzi Kəşfiyyat Agentliyinin baş təhlilçisi, hazırda isə Cons Hopkins Universitetində dərs deyən Deyvid Kaninin sözlərinə görə, Avropa tarixi boyu sərhəd dəyişklikləri baş verib, əhali isə bir yerdən başqa bir yerə köçüb.

“Qərbi maraqlandıran öz siyasəti, regiondakı imtiyaz hissi, öz problemləri və paradiqması ilə bağlı şübhələridir. Məncə məsələnin müzakirəsinə bunlar maneə törədir”, o söyləyir.

Avropa İttifaqı məsələ ilə bağlı açıq mövqe irəli sürməsə də, Almaniya kansleri Angela Merkel hər hansı sərhəd dəyişikliyini rədd edib və deyib ki, Qərbi Balkan ölkələrinin ərazi bütövlüyü toxunulmazdır.

Kosovo
Kosovo

ABŞ-ın məsələ ilə bağlı mövqeyi isə anlaşılmazdır. Dövlət Departamenti Amerikanın Səsinə verdiyi bəyanatda tərəfləri məsələyə özlərinin həll yolu irəli sürməli olduğunu bildirib və onları daha çevik olmağa çağırıb.

ABŞ-ın Ukrayna danışıqları üzrə xüsusi nümayəndəsi Kört Volker ABŞ-ın NATO-dakı keçmiş səfiridir.

“Əgər Kosovo və Serbiya daimi sülhlə və hər iki ölkənin bir-birini tanıması ilə nəticələnəcək razılıq əldə etsəydilər, bu, Serbiyadakı siyasəti həll etməyə yardım edərdi, Kosovonun da irəli getməsinə yol açardı”, Volker söyləyib.

Kolumbiya Universitetindən Deyvid Fillips bununla razılaşmır.

Bu, qeyri-sabitlik yaradacaq, təhlükəli olacaq. Bu, Kosovo və Serbiyada zorakılıqlara səbəb ola bilər
Deyvid Fillips

“ABŞ hökümətinin Kosovo ilə bağlı dəqiq siyasəti yoxdur. ABŞ Qərbi Balkan ölkələrinə diqqət ayırmır. Məncə biz qeyri-dəqiq, anlaşılmaz bəyanatlara çox diqqət yetirməməliyik. ABŞ-ın hazırkı siyasəti olduğu kimi qalır. ABŞ Kosovonu indiki sərhədləri ilə tanıyır”, o deyir.

Bu ideya rəsmi olaraq Avropa İttifaqının vasitəçiliyi ilə aparılan Kosovo-Serbiya danışıqlarına daxil edilsə də, bundan öncə bir çox sual cavablandırılmalıdır. Bunlara Serbiyanın ərazi mübadiləsindən öncə Kosovonun müstəqilliyini tanıyıb-tanımamalı olduğu, bu addımın regiondakı digər ölkələrə hansı təsirlərin olacağı, hər iki ölkədəki daxili müqavimətin məsələyə nə dərəcədə təsir göstərəcəyi kimi suallar daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG