Accessibility links

Kosta Rikada vulkan püskürməsi baş verib


Turrialba Seismoloqlar külün dörd kilometr yüksəkliyə qalxdığını bildirir

Kosta Rikada Turrialba vulkanının aktivliyinin artdığı müşahidə edilir. Vulkandan göyə röd kilometr kül püskürüldüyü bildirilir.

Kosta Rika Vulkanologiya və Seysmologiya institutunun mütəxəssislərinin “Associated Press”e verdiyi məlumata görə, Turrialba vulkanının kül püskürməsi qeyri-adi haldır. Mütəxəssislər vulkandan adətən havaya qazın atıldığını bildiriblər.

Yaxınlıqda yerləşən kəndlərin evakuasiya edildiyi və mütəxəssislərin bu kəndlərə gedərək kül nümunələri götürdüyü xəbər verilir.

Hadisə yerində olan seysmoloqlar külün yeni vulkandan və ya əvvəllər baş vermiş vulkan püskürmələrinə aid olub-olmadığını araşdıracaqlarını bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG