Accessibility links

Ukrayna hökuməti separatçılara qarşı hərbi əməliyyatların davam edəcəyini deyir [Fotoqalereya]


Ukrayna müdafiə naziri vəzifəsini icra edən Mixaylo Koval cümə axşamı ölkənin şərqində azı 12 hərbçinin ölümünə səbəb olan hücumdan sonra rusiyapərəst üsyançılara qarşı hərbi əməliyyatların davam edəcəyini deyib. Cənab Koval deyib ki, regionda sülh və nizam-intizam bərpa olunmayınca hərbi missiya davam edəcək.

Mixaylo Koval bunları rusiyapərəst separatçıların Slavyansk şəhəri yaxınlığında Ukraynanın hərbi vertolyotunu vurmasından sonra, bu gün müxbirlərlə görüşü zamanı deyib. Cənab Koval onu da əlavə edib ki, onun ordusu Donetsk şəhərinin cənub və şərq bölgələrini, eləcə də Luqansk şəhərini separatçılardan təmizləyib.

Ağ Ev nümayəndəsi Cey Karni deyib ki, cümə axşamı Ukrayna hərbi vertolyotunun vurulması separatçıların kənardan yardım aldığına dəlalət edir.

ABŞ dövlət katibi Con Kerri də rusiyalı həmkarına Ukraynaya Rusiyadan qüvvələr gəlməsinə dair narahatlığını çatdırıb.
XS
SM
MD
LG