Accessibility links

Kreml: "Trampın Ərdoğana yazdığı məktub qeyri-adi bir məktubdur"


Cümə axşamı Kreml Birləşmiş Ştatlar Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğana göndərdiyi məktubun tonunu şübhə altına alaraq, bunun dövlət başçıları arasında olduqca qeyri-adi bir yazışma olduğunu deyib.

Ağ Ev çərşənbə günü Tramp Ərdoğana oktyabrın 9-u "çox sərt olma" və "səfeh olma" ifadələrini işlətdiyi məlktubu açıqlayıb.

"Dövlət başçıları arasında yazışmalarda bu cür ifadələrə tez-tez rast gəlinmir. Çox qeyri-adi bir məktubdur" - deyə, Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında bildirib.

Dövlət başçıları arasında yazışmalarda bu cür ifadələrə tez-tez rast gəlinmir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp deyib ki, Türkiyənin Suriyanın şimal bölgəsinə hərbi müdaxiləsi “bizim problem deyil.”

Ağ Evdə İtaliyanın dövlət başçısı Sercio Mattarella ilə birgə mətbuat konfransında danışan Tramp deyib ki, Suriyada öz torpaqlarını müdafiə edən kürdlər də “mələk” deyillər.

Prezident Tramp Ağ Ev Türkiyənin öz sərhədlərində bufer zonası yaradacağını və ABŞ əsgərlərini həmin ərazidən çıxaracağını elan etdikdən sonra sərt tənqidlərlə üzləşib.

Çərşənbə günü Demokratların üstünlük təşkil etdikləri Nümayəndələr Palatası Tramp administrasiyasını qoşunları Suriyadan çıxardığına görə qınayan qətnamə qəbul edib.

Qətnamə Ağ Evi "İŞİD-in davamlı şəkildə məğlub edilməsinə dair aydın və spesifik plan" təqdim etməyə çağırır.

Qətnaməyə çox sayda Trampın Respublikaçı partiyadaşları səs verib.

Həmin gün prezidentlə görüşə gələn Demokrat spiker Nensi Pelosi prezidentin sərt tənqidi ilə üzləşdikdən sonra görüşü yarımçıq qoyaraq tərk edib.

Türkiyə qüvvələrinin Suriyaya müdaxiləsi ABŞ, Avropa və Rusiya tərəfindən tənqidlə qarşılanıb.
Türkiyə qüvvələrinin Suriyaya müdaxiləsi ABŞ, Avropa və Rusiya tərəfindən tənqidlə qarşılanıb.

Qanunvericilərin çoxu hesab edir ki, Türkiyəyə sanksiyaların tətbiqindənsə, ABŞ qüvvələrin regiondakı mövcudluğu daha məqsədəuyğun ola bilərdi.

"Mən narahatam ki, gələcəkdə bizim radikal İslama qarşı savaşda müttəfiqlərimiz olmayacaq, İŞİD yenidən bərqərar olacaq," deyə prezidentin müttəfiqi Respublikaçı Senator Lindsey Qraham bildirib.

ABŞ hərbçiləri kürd müttəfiqlərin İŞİD-ə qarşı savaşda instrumental rol oynadıqlarını deyirlər

Nümayəndələr Palatasının Demokrat spikeri Nensi Pelosi Trampı “dağınıq” qərarlar verməkdə ittiham edərək bunların həyatları və regional təhlükəsizliyi riskə qoyduğunu bəyan edib.

Prezidentlə görüşdən sonra Nensi Pelosi müxbirlərlə danışır. 16 oktyabr, 2019.
Prezidentlə görüşdən sonra Nensi Pelosi müxbirlərlə danışır. 16 oktyabr, 2019.

Senatda Respublikaçı çoxluğun lideri Mitç Makkonnell da Trampın qoşunları Suriyanın şimalından çıxarmaq qərarına mənfi münasibət bildirib.

Yüksık rütbəli administrasiya rəsmisi isə Trampa tənqidləri rədd edərək günahın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanda olduğunu deyib.

Ağ Ev rəsmisi bildirib ki, Prezident Ərdoğan "çox çox düşünülməmiş və pis hesablanmış qərarlar verib ki, bunlar onun özü üçün də gözlənilməz fəsadlar” verməkdədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG