Accessibility links

Kreml: Tramp Qələbə Günü üçün Moskvaya gəlmir


ABŞ prezidenti Donald Tramp 9 May Qələbə Günü üçün Moskvaya gəlməyəcək. Bu barədə Kreml çərşənbə axşamı məlumat verib.

Rusiya ölkədə ən vacib bayram olan İkinci Dünya Müharibəsindəki qələbənin 75-ci ildönümü qeyd etmək üçün Trampı Moskvaya ziyarətə dəvət edib. Tramp ötən il dəvəti yüksək qiymətləndirdiyini, lakin bayramın qeyd edildiyi vaxtın "siyasi mövsümün qızğın dövrünə" təsadüf etdiyinə görə gedə biləcəyinə əmin olmadığını demişdi.

"Diplomatik kanallarla ABŞ prezidentinin gəlməyəcəyi ilə bağlı məlumat aldıq" - deyə, jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib. O, ABŞ-ı Moskvada Qələbə Günü kimin təmsil edəcəyinin məlum olmadığını əlavə edib.

Peskov Trampın səfərdən imtina etməsinin səbəbini bilmədiyini vurğulayıb.

TASS xəbər agentliyinə verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putin dünya liderlərinin bu il Qələbə Günü münasibətilə təntənələrə qatılmamasının "səhv" olacağını bildirib.

"Düşünürəm ki, anti-Hitler alyansının keçmiş üzvlərinin həm daxili siyasi baxımdan, həm də mənəvi baxımdan [tədbirimizə] qatılması ən doğru qərar olardı. Onları görməyi səbirsizliklə gözləyirik və gəlişlərinə sevinəcəyik. Əgər gəlməsələr, bu, onların seçimidir. Ancaq düşünürəm ki, onlar üçün gəlməmək səhv olardı" - deyə, Vladimir Putin müsahibə zamanı vurğulayıb.

Şərhlərə bax

XS
SM
MD
LG