Accessibility links

Azərbaycanlı dünya çempionunu öldürməkdə şübhəli bilinir


Ölüm

Rusiyanın Xabarovsk şəhərində Anar Allahverənov soyadlı azərbaycanlı barəsində pauerliftinq üzrə dünya çempionu Andrey Draçevin öldürülməsi ittihamı ilə axtarış elan edilib.

Qətl avqustun 20-nə keçən gecə Xabarovskda kafenin qarşısında baş verib. Dava zamanı şübhəli şəxs Draçevin başına bir neçə təpik vurub,onu döyüb.

Sonra Anar Allahverənov hadisə yerindən qaçıb gizlənib. Şübhəli şəxsin idmançı olduğu, boks və qaydasız döyüşlə məşğul olduğu məlumdur. Allahverənovun vətəndaşlığı haqqında məlumat verilmir.

Münaqişənin səbəbi məlum deyil. Maraqlıdır ki, kafenin mühafizəçiləri davanı sakitcə müşahidə edib.

XS
SM
MD
LG