Accessibility links

Hüqo Çavesin prezident seçkilərində qələbəsi Venesuela və ABŞ arasındakı gərgin münasibətlərin dəyişməyəcəyinə işarədir


Venesuela prezidenti Hüqo Çavesin prezident seçkilərində qələbəsi Venesuela və ABŞ arasındakı gərgin münasibətlərin dəyişməyəcəyinə işarədir.

ABŞ-ın Kuba, İran və Suriya siyasətinin daimi tənqidçisi olan Çaves ilk mətbuat konfransında sosialist siyasətini davam etdirəcəyinə vəd verib. O, səslərin ölkənin siyasi kursunun davamı üçün verildiyini deyib. Venesuelanın dövlət başçısı 54 faiz səsi sosialist siyasətinin davam etdirilməsinə mandat adlandırıb. Caves müxalifətlə dialoqa hazır olduğunu, lakin öz prinsiplərindən dönməyəcəyini vurğulayıb.

O, Qərbin yeni imperializm erasından müdafiə məqsədi ilə Suriyaya dəstək veriləcəyini bildirib. Çaves Suriyanın ABŞ, Venesuela, Liviya kimi suveren bir dövlət olduğunu deyib. “Razılaşmadıqda bombalarmı yağdırılmalıdır? Bu, düzgün deyil”-deyə o sözünə davam edib.
Hüqo Çaves ABŞ prezidentinin onun namizədi olduğunu deyərək bildirib ki, Şimali Amerikada yaşasaydı, yalnız Obamaya səs verərdi.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG