Accessibility links

Kubada siqar festivalı keçirilir


Dünyanın müxtəlif yerlərindən olan siqar həvəskarları bir həftə davam edəcək siqar festivalında iştirak etmək üçün Kubada toplaşıblar.

Bu il Habanos SA şirkəti Partagas və Cohiba adlı tanınmış brendlərinə əlavə olaraq yeni siqar xətlərini nümayiş etdirməklə, Motecristo və Romeo y Julieta brendlərinin nümunələri də təqdim edib.

Kanadalı alıcı Fenton Qordon: “Kubada istehsal edilən siqarlar dünyanın digər yerlərində istehsal edilənlərdən fərqlənir. Bəziləri daha yaxşı siqarlar buraxmağa çalışır. Amma buradakılar qədər yaxşı deyil. Mənim üçün Kuba siqarlarının ən vacib xüsusiyyəti odur ki, mən keyfiyyət haqqında narahat olmuram.”

Festivalda Kubaya milyonlarla dollar qazandıra biləcək ucuz siqarlara daha çox diqqət ayrılıb.

XS
SM
MD
LG