Accessibility links

Kuba prezidenti Vatikana səfər edib


Kuba prezidenti Vatikana səfər edib. Raul Kastro Roma papası Fransisə ABŞ-la Kuba arasında diplomatik əlaqələrin bərpası səylərinə görə təşəkkürünü bildirib.

Kuba lideri Argentinada doğulmuş Roma papası ilə bir saata qədər ispan dilində görüş keçirib. O, Fransisi müdrik və təvazökar insan adlandırıb.

Roma katoliklərinin lideri Fransis Vaşinqtonla Havana arasında keçirilən məxfi müzakirələdə mühüm rol oynayıb.

ölkələr arasında əlaqələrin bərpası barədə rəsmən Vaşinqton dekabr ayında bəyanat verib.

Roma papası Kastronu “Müqəddəs Martin” medalı ilə təltif edir.

Kuba prezidenti Fransisin Kubaya səfəri zamanı onun təşkil edəcəyi bütün mərasimlərdə iştirak edəcəyinə vəd verib.

Raul Kastro Vatikana İkinci Dünya Müharibəsinin başa çatmasının 70-ci ildönümü münasibəti ilə şərəfli qonaq kimi səfər edtiyi Moskvadan gedib.

XS
SM
MD
LG