Accessibility links

Kubada tornado


Kubada bazar günü baş verən tornado paytaxtda 3 nəfərin ölümünə, 172 nəfərin yaralanmasına səbəb olub.

Fransanın AFP xəbər agentliyi güclü küləyin avtomobilləri çevirdiyini, ağacları və küçə lampalarını yıxdığını, şəhərin bir hissəsinı qaranlıq qoyduğunu bildirib.

Xilasedici dəstələrin elektriksız qalan doğum evinin evakuasiya edilməsinə yardım etdiyi bildirilib.

Meteoroloqların bildirdiyinə görə, Meksika körfəzində başlayan güclü fırtına saatda 100 km.-dən çox süərtlə əsən küləklərlə müşayiət olub.

Havananın zərərə məruz qalmış yerlərini bazar ertəsi səhər tezdən ziyarət edən prezident Migel Diaz-Kanel özünün Twitter səhifəsində "zərərin böyük olduğunu" yazıb.

Xəbər agentlikləri təcili yardım dəstələrinin qaranlıq qalan ərazilərdə elektriki bərpa etməyə çalışdıqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG