Accessibility links

Kürd üsyançıları yeddi türk əsgərini öldürüblər


Türkiyənin təhlükəsizlik rəsmiləri kürd üsyançıları tərəfindən 7 türk əsgərinin öldürüldüyünü bildirib. Hücum zamanı 60-dan artıq əsgər yaralanıb.

Polis konvoyu Bingöl vilayətində raket hücumuna məruz qalıb.

Keçən həftə mina partlayışı səbəbi ilə 8 polis işçisi həlak olub. Partlayış zamanı 6 nəfər xəsarət alıb. Mina Bingöl vilayətində polis maşını keçərkən işə düşüb. Hucüma görə Kürdüstan Fəhlə Partiyası-PKK günahlandırılır.

PKK-nın 1984-cü ildən muxtariyyət tələbi ilə həyata keçirdiyi zorakılıqlar nəticəsində 40 mindən artıq adam həlak olub.

Türkiyə, ABŞ və beynəlxalq ictimaiyyətin böyük hissəsi PKK-nı terrorçü təşkilat kimi tanıyır.
XS
SM
MD
LG