Accessibility links

Kurmanbek Bakiyevin məhkəməsi başlanıb


Kurmanbek Bakiyevin məhkəməsi başlanıb
Kurmanbek Bakiyevin məhkəməsi başlanıb

Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev 27 silahdaşı ilə bərabər aprel ayında nümayişçilərə qarşı ölümcül qüvvədən istifadə etdiyinə görə mühakimə edilir. Mühacirətdə olan sabiq prezidentin özü bu gün başlanan məhkəmədə iştirak etmir. Cənab Bakiyevin hakimiyyətdən devrilməsi ilə nəticələnən iğtişaşlar nəticəsində 80 adam həlak olmuşdu. Bişkəkdə məhkəmə binası qarşısında toplaşan izdiham üsyanın yatırılmasına cəhd edən bütün rəsmilərin sərt cəzalandırılmasını tələb edib. Qırğızıstanın yeni hökuməti bildirib ki, sabiq prezident və onun müttəfiqləri nümayişçilərə atəş açmaq əmri veriblər. Məhkəmə prosesi yeni parlamentin ilk sessiyası ərəfəsində start götürüb. Seçkilərdə əksər səs toplamiş Ata-Yurt partiyası koalisiya hökuməti qurmaq üçün başqa partiyalarla danışıqlar aparır.

XS
SM
MD
LG