Accessibility links

Qırğızistanın cənubunda vəziyyət ağır olaraq qalır


Amerikanın səsinin Qırğızistandakı müxbiri Oşdan verdiyi məlumatda şəhərdə vəziyyətin gərgin olaraq qaldığını, dükanların yandırıldığını deyib. O Oşda bir neçə min Ağıska türkünün və Azərbaycanlının yaşadığını bildirib. ATƏT, Avropa Birliyi və BMT ölkəyə yardım üçün fəaliyyət planı hazırlayıb. Rusiya region ölkələri ilə əlavə müzakirələr keçirə bilər.

Geniş miqyaslı qətllərin baş verdiyi iki yüzə yaxın insanın həlak olduğu on minlərlə adamın didərgin düşdüyü Qırğızistanın cənub hissəsində vəziyyət gərgin olaraq qalmaqda davam edir. BMT böyük qaçqın böhranının baş verdiyi Özbəkistana 240 ton yardım daşıyan altı təyyarə göndərəcək. Qırğızistanın cənubunda cümə axşamı günü başlayan etnik zəmindəki hadisələr nəticəsində çoxu özbək iki yüz min adamın didərgin düşdüyü bildirilib. BMT Baş Katibi Ban Ki Mon bu gün Özbəkistanın prezideti İslam Kərimovla danışıb və Özbəkistanın didərginlərə göstərdiyi yardımlara görə ona teşəkkürünü bildirib. Beynəlxalq Qırmızı Xaç Təşkilatı Qırğızistan və Özbəkistanın "böyük humanitar böhran" qarşısında olduğunu elan edib.

Amerikanın səsinin Özbək dili redaksiyasının Qırğızistandakı müxbiri Ulugbey Sakin Oşdan verdiyi məlumatda şəhərdə vəziyyətin gərgin olaraq qaldığını, ticarət mərkəzləri və dükanların yandırıldığını deyib. O Oşda bir neçə min Ağıska türkünün və Azərbaycanlının yaşadığını oşluların Türkiyədən yardım gözlədiklərini qeyd edir. Bu arada ABŞ-ın Qırğızistandakı səfirliyi Qırğızistana on milyon dollar yardım verildiyini bildirib.

Qırğızistanda vəziyyətin gərgin olaraq qalmaqda davam etdiyi bir zamanda ölkənin qonşu rusiya və Kollektiv Təhlükəsizlik Təşkilatından buraya qoşun göndərilməsi barədə xahişinə cavab mənfi olub. Qırğızistan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü olsa da Moskvanın rəhbərliyindəki təşkilatın əsas funksiyası üzv ölkələr daxilindəki iğtiaşları yatırdmaq yox, xarici bir ölkənin işğalının qarşısını almaqdır. Buna baxmayaraq Qırğızistanın hazırki rəhbərliyi təşkilatın hər hansı bir formada ölkədə sabitliyin bərpasına kömək əlini uzatmasını ümid edir.

Rusiya prezidenti Dimitri Medvedev deyib ki, Qırğızistanda vəziyyət daha da pisləşdiyi təqdirdə Kolləktiv Təhlükəsizlik Müqaviləsinə üzv ölkələrin təhlükəsizlik nümayəndələrinin daha bir görüşünü hətda dövlət başçılarının sammitini çağıra bilər. Bu isə o deməkdir ki, Rusiya Qırğızistandakı vəziyyətlə əlaqədar olaraq bu ölkəyə qoşun göndərmək barədə öhdəlik götürməzdən əvvəl ətraflı müzakirələr keçirmək niyyətindədir.

Bu arada Qırğızistana səfərini başa çatdıran ATƏT-in xüsusi nümayəndəsi Janbek Karibjanov ölkədə təhlükəsizliyin, sülhün və qanunun aliliyinin bərpa olunmasının vacibliyini təkidlə bildirib. ATƏT-in Bişkekdən yaydığı bəyanatda deyilir ki, Cənab Karibjanov Qırğızistana səfəri zamanı BMT-nin və Avropa Birliyinin bu ölkədəki nümayəndələri ilə yaxın əməkdaşlıq aparıb və bu əməkdaşlıq davam edəcək.

Üç təşkilatın nümayəndələri Qırğızistanın böhranın öhdəsindən gəlmək üçün gördüyü tədbirləri dəsdəklədiklərini və öz aralarındakı əməkdaşlığı davam etdirəcəklərini bildiriblər. Onların birgə bəyanatında deyilir ki, “Ölkədə sabitlik üçün milli birliyin qorunması və təhlükəsizliyin bərpası ən mühüm amillərdir. BMT, ATƏT və Avropa Birliyinin nümayəndələri hakimiyyətin və vətəndaşların, vəziyyətin sabitləşməsi, üçün göstərdikləri səyləri himayə etdiklərini bildirmiş üç təşkilatın bu fəaliyyətlərlə əlaqədar kömək edə biləcəkləri spesifik addımları əhatə edən təcili bir fəaliyyət planı hazırlamışlar.

ATƏT-in Vyanada yerləşən mətbuat və əhali ilə əlaqələr şöbəsinin nümayəndəsi Vircinia Kolludon da Amerikanın səsinin Özbək redaksiyasına verdiyi müsahibəsində təşkilatın Qırğızistana böhranın öhdəsindən gələ bilmək üçün hansı formada yardım edə biləcəyi barədə sualın cavabında deyib ki, ATƏT hərbi bir təşkilat deyil təhlükəsizlik təşkilatıdır və yardımları da bu istiqamətdə ola bilər.

“O söyləyib ki, biz təhlükəsizlik təşkilatıyıq, hərbi təşkilat deyilik. Bizim sülhməramlı qüvvələrimiz yoxdur və hərbi müdaxiləmiz göndəmdə ola bilməz. Bizim elədiyimiz təhlükəsizliyin insan aspekti də daxil bütün sahələrini, hərbi cəhətini 56 üzv dövlətlə müzakirə etməkdir. Əlbətdə ABŞ, Kanada, Rusiya, Orta Asiya ölkələri, Avropa Birliyi ölkələri hamısı burda iştirak edir.”

Birləşmiş Ştatlar Rusiya və ATƏT-lə Qırğısiztandakı vəziyyəti müzakirə edir. Əfqanıstandakı NATO qüvvələrinə yüklərin mühüm bir hissəsiin göndərilməsi məqsədilə bu ölkədəki Manas hərbi Bazasından istifadə edilir.



XS
SM
MD
LG