Accessibility links

ABŞ-a partlayıcı maddələr keçirmək istəyən şəxs Yəməndə axtarılır


ABŞ-a partlayıcı maddələr keçirmək istəyən şəxs Yəməndə axtarılır
ABŞ-a partlayıcı maddələr keçirmək istəyən şəxs Yəməndə axtarılır

Yəmənin təhlükəsizlik rəsmiləri Birləşmiş Ştatlara yük təyyarələri vasitəsi ilə partlayıcı maddələr keçirmək istəyən Əl-Qaidə ilə əlaqəli bomba düzəldənin axtarışda olduğunu deyirlər. Rəsmilər Əl-Qaidənin Yəmən təşkilatının üzvü İbrahim Həsən Əl-Əsirini ələ keçirmək üçün təhlükəsizlik qüvvələri və kəşfiyyat rəsmilərini dünən Yəmənin Marib və Şabva vilayətlərinə göndərildiyini bildiriblər. Həmin şəxs keçən ilin dekabr ayında Detroyt hava yollarına məxsus təyyarəyə bomba hücumu planlaşdırmaqda da məsuliyyət daşıyır. O, eləcə də Səudiyyə Ərəbistabının əks-terror qurumunun yüksək səviyyəli rəsmisinə qarşı bomba hücumunun təşkilində ittiham edilir.

XS
SM
MD
LG