Birləşmiş Ərəb Əmirlikləri aviasiyasının rəsmiləri bildirib ki, onlar əl-Qaidənin Yəməndəki qanadının Dubayda sentyabr ayında Birləşmiş Poçt Xidməti – UPS-ə məxsus təyyarənin qəzaya uğramasının arxasında dayandiqları barədə bəyanatını araşdırırlar. Aviasiya idarəsinin rəhbəri xəbər agentliklərinə bildirib ki, rəsmilər Əl-Qaidanın bəyanatını ciddi qəbul edirlər. Lakin onlar UPS təyyarəsində partlayıcı maddənin olmasına və ya hadisənin terrorçular tərəfindən həyyata keçirilməsinə dair dəlil-sübutun olmadığını deyirlər. Təhqiqatçılar qəzaya təyyarənin daxilində baş verən yanğının səbəb olduğunu və bununla iki pilotun həyatına son qoyduğunu bildiriblər. Ərəbistan Yarımadasında əl-Qaidənin Yəmən şəbəkəsi dünən qəzaya görə məsuliyyət daşıdığını bəyan etmiş və yük təyyarələrində partlayıcı maddə yerləşdirilmiş məktubların da qrupun planı olduğunu bildirmişdir.
Əl-Qaidənin Yəmən şəbəkəsi UPS təyyarə qəzasına görə məsuliyyət daşıdığını bəyan edib

Təhqiqatçılar qəzaya təyyarənin daxilində baş verən yanğının səbəb olduğunu və bununla iki pilotun həyatına son qoyduğunu bildiriblər