Accessibility links

Las-Veqas qətliamını həyata keçirən şəxslə bağlı istintaq davam edir


Las-Veqas polisinin başçısı deyir ki, ABŞ daxilində baş verən ən ölümcül qətliamda qatil Stefen Paddoka yardım edən birinin olub-olmadığını müəyyən etmək üçün onu tanıyan hər bir şəxsi dindirmək çox vacibdir.

Şerif Co Lombardo bildirib ki, Paddokun topladığı silahların və maşınına yığdığı partlayıcı maddələrin sayını nəzərə aldıqda, onun bu qətliamı tək həyata keçirdiyinə inanmaq çətindir.

Stefen Paddok
Stefen Paddok

Media hüquq-mühafizə orqanlarına istinadən bildirir ki, Paddok avqust ayında Çikaqoda "Lollapalooza" musiqi festivalının keçirildiyi yerdə mehmanxanada otaq bron etmiş, lakin daha sonra mehmanxanada görünməmişdi. Onun həmin həftə Çikaqoda olub-olmadığı bəlli deyil.

Paddok Las-Veqasda da "Life is Beautiful" festivalından bir həftə əvvəl oteldə nömrə alıb.

Mehmanxana işçisi onun yuxarı mərtəbələrdə nömrə istədiyini deyib.

Bazar günü gecə Paddok Mandalay Bay otelindən kantri musiqi konsertində iştirak edən izdihamı güllələyərək 58 nəfəri öldürüb, yüzlərlə insanı yaralayıb.

Lombardo Paddokla bağlı əldə olunan məlumatları bölüşməyi rədd edib.

Paddokun sevgilisi Marilo Danlinin vəkili deyib ki, müvəkkili Paddokun belə bir hücum törədəcəyindən xəbərdar olmayıb.

Danli hadisə zamanı Filippində olub. Paddok ona orada ikən 100 min dollar pul göndərərək, ev almasını söyləyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG