Accessibility links

Latviya könüllüləri ölkələrinin müdafiəsini yenidən təşkil edir


Latviya könüllüləri ölkələrinin müdafiəsini yenidən təşkil edir
please wait

No media source currently available

0:00 0:03:30 0:00

Latviya könüllüləri ölkələrinin müdafiəsini yenidən təşkil edir

İkinci Dünya Müharibəsindən sonra Avropanın ilk böyük münaqişəsində Rusiya qoşunlarının Ukrayna ərazisinin demək olar ki, 20%-ni işğal etdiyi bir vaxt Rusiyanın Baltikyanı qonşularından biri olan Latviya öz müdafiəsini yenidən təşkil edir - könüllü qüvvələrini yenidən gücləndirir və hərbi xidmətə çağırış sisteminin bərpası ilə bağlı müzakirələr aparır.

Latviya Milli Qvardiyasının könüllü əsgərləri pusqunu məşqi edir. Bu, Rusiyanın genişmiqyaslı müdaxiləyə başlayanda Ukrayna ordusunun Rusiya elit qüvvələrinin ilk dalğasını dayandırmaq üçün istifadə etdiyi əməliyyatlarda olduğu kimi, "xəyali düşmən"in zirehli karvanına qarşı simulyasiya edilmiş "vur və qaç" əməliyyatına bənzəyir.

Latviya Milli Qvardiyası Rusiyanın mümkün hücumuna hazır olmaq üçün həftə sonları məşq edən 10 min könüllü kişi və qadından ibarət qrupdur. Ukraynada müharibə başlayandan sonra bu korpusa qoşulan mülki vətəndaşların sayı artıb. Rayvo Leskinskis: "Mən bir ildən çox, müharibə başlamazdan əvvəl qərar verdim. Sadəcə nəsə etmək istəyirdim. Mən nəsə yeni bir şey öyrənmək istəyirdim".

Latviya ordusu kiçikdir, 16 min fəal üzv var və onlardan cəmi 7 500 nəfəri aktiv xidmətdədir. Lakin ordu bu könüllü korpusun köməyi ilə özünü gücləndirməyin yolunu tapıb. Bu kişilər və qadınlar ordu sıralarında xidmət etmək üçün bayramlarla de-fakto vidalaşır. Eqils Leşinskis: "Bu insanların çoxlarının yaxşı işləri var, çox məşğuldurlar, ailələri var. Şəxsi vaxtınızı hərbi təlimlərə ayırmaq asan qərar deyil. Ancaq keçən il Rusiyanın Ukraynaya müdaxiləsi onların bir çoxunu belə bir qərar verməyə vadar edib".

Riqadan 130 kilometr qərbdə yerləşən bu düşərgədə Latviya nizami ordusunun əsgərləri üçün Milli Qvardiya kursantları hazırlanır. Rusiyanın Ukraynaya təcavüzü birliyin yaranmasına səbəb oldu. Yanis: "Vətənpərvər insan çoxdur. Daha çox insan silah götürüb, lazım gələrsə döyüşməyə hazırdır. Milli Qvardiyaya və ya orduya qoşulmağa çalışanlar da az deyil".

Latviya Ukrayna ordusuna birbaşa yardım göstərməyə ən çox sadiq olan Avropa ölkələrindən biridir və Kyivə ümumi daxili məhsulunun bir faizi və ya 410 milyon dollar dəyərində hərbi yardım ayırır.

Latviya digər Baltikyanı iki ölkə və Polşa ilə yanaşı Rusiya ekspansionizminin təhlükələri barədə dəfələrlə xəbərdarlıq edib.

Bu xəbərdarlıqlar öz əksini tapdı və bu il rəsmilər illərlə kabinetlərdə qalan tədbiri yenidən gündəmə gətirdi. Bu da bu ilin sonunda başlayacaq icbari hərbi xidmətdir. Latviyanın Müdafiə Naziri İnara Mūrniyetse: "Ukraynada öyrəndiyimiz dərslərdən sonra başa düşdük ki, hərbi münaqişənin ilk dəqiqələrindən və Latviya ərazisinin ilk santimetrlərindən biz dövlətimizi qorumalıyıq".

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu bütün dünyanın reaksiyasına səbəb oldu, lakin burada, Sovet işğalını xatırlayan və özünü olduqca həssas durumda hiss edən qonşu ölkələrdə təxirəsalınmaz hissi daha güclüdür.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG