Accessibility links

Laurens Broers: "Biz hələ ki, açıq və dinc Cənubi Qafqaz üçün əsas görmürük"


Laurens Broers: "Biz hələ ki, açıq və dinc Cənubi Qafqaz üçün əsas görmürük"
please wait

No media source currently available

0:00 0:07:16 0:00

Londonda qərargahlanan Chatham House təşkilatının Rusiya və Avrasiya üzrə mütəxəssisi Laurens Broers Amerikanın Səsinə müsahibəsində Ermənistanla Azərbaycan arasında atəşkəs bəyanatının imzalanmasından bir il sonra iki ölkə arasında sülh və barışıq ehtimalını, Türkiyənin sülhquruculuğu işlərindəki rolunu müzakirə edib.

Amerikanın Səsi: Azərbaycanla Ermənistan arasında atəşkəs bəyanatının imzalanmasının birinici ildönümüdür. İndi vəziyyət nə yerdədir? Bir ildə nə dəyişib?

Laurens Broers: Bəli, 2020-ci il Qarabağ müharibəsi həqiqətən də Qarabağ münaqişəsinin kontekstini dəyişdi. Amma məncə biz hamımız regionun daha geniş transformasiyasını gözləyirik ki, bu daha çətin və uzun-müddətli bir məsələ olacaq. Bildiyiniz kimi, ötən il 9 noyabrda imzalanan atəşkəs bəyanatında sərhədlərin və tranzit yollarının açılması ilə bağlı mühüm məqamlar var. Biz son bir ildə bununla bağlı çox müzakirələr və çox ziddiyyətli perspektivlər və görüşlərin olduğunu gördük, amma bu debatların heç biri həll olunmayıb. Məncə daha geniş transformasiya üçün daha uzun gözləməli olacağıq. Bu mənada məncə münaqişə transformasiya olub, amma biz hələ ki, açıq və dinc Cənubi Qafqaz üçün əsas görmürük.

Amerikanın Səsi: İki ölkə arasında sülhün yaranması səylərində hər hansı irəliləyiş olubmu?

Laurens Broers: İrəliləyişlər olub. Biz vasitəçilik prosesində bölgülərin olduğunu görürük. Minsk Qrupu var ki, hələ də işini davam edir. Belə görünür ki, həmsədr ölkələrin heç biri həmsədrlik rollarından vaz keçmək istəmirlər. Bundan əlavə Rusiya, Ermənistan və Azərbaycanın daxil olduğu Rusiyanın vasitəçilik etdiyi üçtərəfli proses var. Xatırlayırsınızsa, biz bir çox ildir zidd üsullar və ya münaqişəinin həlli üçün yanaşmalar – hər şeyi həll etməyə yönələn yanaşma və daha kiçik məsələləri hissə-hissə həll etməyə yönələn yanaşma haqda danışırıq. Amma münaqişənin əsasını təşkil edən ən çətin məsələlər Minsk Qrupu ilə əlaqəlidir. Indi buradakı suallardan biri bizim bu iki proses yenidən bir araya gəlmədən münaqişənin hərtərfəli həllini görə bilib-bilməyəcəyimizdir. Məncə biz məsələlərlə bağlı irəliləyiş görəcəyik. Son həftələrdə bu həftə iki razılıq layihəsinin olacağına dair şayiələr var idi. Bu hələ ki, gerçək olmayan şayiədir. Bu razılıqlar Ermənistanla Azərbaycan arasında sərhərdlərin demarkasiyası və sərhədlərin və tranzit yolların açılması ilə bağlıdır. Yəni mən düşünürəm ki, biz bəzi məsələlərin, məsələn sərhədlərin demarkasiyası məsələsinin həll olunduğunu görəcəyik. Amma məncə bu münaqişə ətrafındakı daha geniş məsələlər gələcəkdə uzun müddət danışıq predmeti olmağa davam edəcək.

Amerikanın Səsi: İki ölkə arasında barışıq mümkündürmü? Və tərəflər arasında sizin qeyd etdiyiniz ən mühüm məsələlər nədir və onlar həll oluna bilərmi?

Laurens Broers: Deyərdim ki, nəzəri olaraq, əlbəttə ki, barışıq mümkündür. Barışıq keçmişdə də onillər və ya hətta yüz illərlə münaqişə yaşayan tərəflər arasında mümkün olub. Amma bunun üçün ilkin şərtlər olmalıdır, buna imkan yaradan şərtlər olmalıdır. Burda da çatışmayan budur. Məncə bir tərəfdə münaqişənin hər iki cəmiyyətdə oynadığı rol ətrafındakı məsələlər var. Legitimliyi üçün münaqişədən asılı olan hökumət və ya siyasi elita olanda, barışıqla çətinlik çəkəcəksiniz.

Digər tərəfdən təhlükəsizlik kimi fundamental bir məsələ bar. Dağlıq Qarabağda çox ciddi təhlükəsizlik təhdidi altında yaşayan erməni əhali var. Elə ötən həftə iki mülki vətəndaşın öldürüldüyünün şahidi olduq. Təhlükəsizliyə belə bi hədə davam etdiyi bir vaxt barışıq haqda danışmaq çox çətind, hətta qeyri-mümkündür. Ona görə də, düşünürəm ki, hazırda problemlərdən biri odur ki, bütün diqqət ticarətə, əlaqələrə, iqtisadi münasibətlərə və bunların kimlikləri dəyişə biləcəyinə dair fikrə yönəlib.

Amma mən həm də düşünürəm ki, fundamental təhlükəsizlik və kimlik məsələlərini həll etmək lazımdır. Ermənilər və azərbaycanlılar, təəssüf ki, uzun münaqişələr, qırğın tarixinə sahibdirlər. Və zənnimcə bu tarixlərin məktəblərdə, ailələrdə necə öyrədildiyi barışığa böyük əngəldir.

Amerikanın Səsi: Rusiya regiona beş illik müddətə sülhməramlıları yerləşdirib, lakin bir çox təhlilçilər iddia edir ki, Rusiya regiona daxil olandan sonra orada uzun müddət qalacaq. Sizin buna münasibətiniz nədir?

Laurens Broers: Bu çox qeyri-müəyyən və gözlənilməz bir mühitdi. Ona görə də, düşünürəm ki, Rusiyanın 2025-ci ildən də sonra qalıb-qalmayacağını təxmin etməyə çalışmaq yanlışdır.
Mən deyərdim ki, Rusiyanın belə bir investisiya edib, özünü atəşkəsin himayəçisi olaraq gördüyü üçün bu qədər qısa bir müddətdə geri çəkiləcəyini düşünmək çətindir. Əgər mənim daha öncə qeyd etdiyim təhlükəsizlik konteksti kökündən yaxışlaşsa, o zaman məncə rus sülhməramlılar ehtiyacın olmadığına dair iddianı əsaslandırmaq olar. Ancaq, təəssüf ki, bizim xüsusilə də son ayda gördüyümüz odur ki, rus sülhməramlılara ehtiyac var və atəşkəs son dərəcə kövrəkdir.

Bu da onların mövcudluğunu doğrulayır. Ona görə də, məncə, mpvcud tendensiyaları nəzərə aldıqda Dağlıq Qarabağda selməramlılara ehiyacn olamdığına dair tutarlı arqumentlər irəli sürmək çətindir.

Amerikanın Səsi: Türkiyə Ermənistanla Azərbaycan arasındakı son müharibədə mühüm rol oynayıb və o zamandan bəri Azərbaycana Rusiya ilə birgə monitorinq mərkəzinə qoşun göndərib və Azərbaycan ordusu ilə çox sayda hərbi təlimlər keçirib. Siz bundan sonra da Türkiyənin regiondakı sülhquruculuq səylərində daha böyük rol oynacağını gözləyirsinizmi?

Laurens Broers: Məncə sizin sualınız bu bölgüyü giriş nöqtələri və Türkiyənin təsir dairələri baxımından çox yaxşı əks etdirir. Türkiyə ötən ilki müharibədə Azərbaycana dəstəyi vasitəsilər özünü keşmiş Sovet məkanında təhlükəsizlik oyunçusu kimi təsdiq edib. Bu da mühüm bir dəyişiklikdir.

Bu, Rusiyanın qəbul etdiyi bir şey deyil. Rusiya Türkiyəni vasitəçilik strukturundan müəyyən dərəcədə uzaq tutmağa nail olub. Bəli, Azərbaycandakı atəşkəsin monitorinq mərkəzində Türkiyə müşahidəçiləri mövcuddur, amma bəlkə də bu mövcudluq Rusiya ilə Tütkiyə arasında məsələ ilə bağlı danışıqlarda müzakirə olunan və ya vəd olunandan daha azdır.

Məncə Türkiyənin nüfuzu da atəşkəsin kövrəkliyi çərçivəainsə özünü biruzə edir. Rusiya atəşkəs pozuntuları məsələsində Azərbaycanı cəzalandıra bilmir, çünki Azərbaycan Türkiyənin təsiri və gücünə arxalana bilir. Burada Türkiyə və Rusiyanın Yaxın Şərq boyu müxətlif cəbhələrdə qarşıdurma yaşayırlar.

Türkiyə həmçinin Ukraynanı dron texnologiyası ilə təchiz edir. Rusiya və Türkiyənin bir-birinə təsir və təzyiq göstərə bildirkləri bir çox cəbhə və məsələ var. Buradakı əsas sual Türkiyənin sabitlik və sülhquruculuğu üçün bir amilə çevrilə bilib-bilməyəcəyidir.

Mənim təhlilim odur ki, Türkiyə sərhədlərin açılmasınaın, tranzit yolların yaranmasından çox faydalana bilər. Bu, Cənubi Qafqazı həqiqətən də açardı. Türkiyə regionu cəlb etmək üçün kifayət qədər geniş imkanlara malikdir, amma bunu üçün təhlükəsizliyə ehiyac var. Yəni bir baxımdan Türkiyənin malik ola biləcəyi təhlükəsizlik təsiri ilə iqtisadi yumşaq güc təsiri bir-birilərini ləğv edir. Təhlükəsizliyin olmaması Türkiyənin keçmişdə olduğundan daha böyük oyunçu olmasının qarşısını alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG