Accessibility links

Lavrov: Rusiya ABŞ-ın İranla nüvə razılaşmasına dəyişikliklər edilməsi çağırışlarını dəstəkləmir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi bildirib ki, Rusiya ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramının məhdudlaşdırılmasına dair beynəlxalq razılaşmanın yenidən müzakirəsi çağırışlarını dəstəkləmir.

Tramp cümə günü bildirib ki, o, 2015-c ildə əldə edilmiş razılığa əsasən ABŞ-ın razılaşdığı kimi sanksiyaların müddətini sonuncu dəfə dayandırır. O həmçinin deyib ki, Konqres və Avropa tərəfdaşlarının razılaşmadakı “dəhşətli çatışmazlıqları” aradan qaldırması üçün 120 gün vaxtı var.

Lavrov bildirib ki, əgər Tramp bu hədəsini həyata keçirib razılaşmadan çıxsa, bunun ciddi nəticələri ola bilər. Rusiya xarici işlər nazirinin sözlərinə görə, İran bu halda bundan sonra özünü razılaşmanın şərtləri ilə bağlı hesab etməyəcək.

Birləşmiş Ştatlar, Rusiya, Britaniya, Çin, Fransa və Almaniya İranla nüvə proqramından nüvə silahları istehsalında istifadə edilmədiyinə əmin olmaq məqsədilə uzun sürən mürəkkəb danışıqlar aparıb. İran nüvə fəaliyyətlərinin tamamilə dinc xarakter daşıdığında israr edir. Danışıqlar nəticəsində İranın uran zənginləşdirilməsi proqramını məhdudlaşdırması müqabilində ölkə iqtisadiyyatına böyük ziyan vurmuş sanksiyalar aradan qaldırılmasını nəzərdə tutan razılaşma əldə edilib.

Buşehrdə nüvə reaktoru
Buşehrdə nüvə reaktoru

Lavrov eyni zamanda, razılaşmaya hazırda beynəlxalq ictimiayyətin diqqətinin Şimali Koreya və oun nüvə və ballistik raket sınaqlarına yönəldiyi bir vaxt dəyişikliklər edilməsilə bağlı xəbərdarlıq edib. O söz verildiyi kimi sanksiyaların aradan qaldırılması vədinin yerinə yetirilmədiyi halda, Şimali Koreya liderlərinə hansı stimullaşdırıcı təkliflərin verilə biləcəyini sual edib.

Tramp İranla razılaşmanın Tehranın nüvə proqramının əsas hissəsini saxladığı halda, İrana böyük güzəştlər verdiyini deyərək tənqid edib. Birləşmiş Ştatlar həmçinin İranın ballistik raket sınaqlarının razılaşmanın ruhuna zidd olduğunu bildirib.

Razılaşmanın mətninə əsasən, ballistik raket sınaqları qadağan olunmayıb. Lakin BMT-nin dəstəklədiyi sənəddə İrana ballistik raketlərlə bağlı heç bir fəaliyyət aparmamaq çağırışı edilib.

Tramp ballistik raket sınaqlarının da əhatə edildiyi yeni variantın olmasını istəyir.

İran raket sınaqları keçirmək hüququ olduğunda israr edir və Birləşmiş Ştatları nüvə müqaviləsini pozmaq cəhdində ittiham edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG