Accessibility links

Əlcəzairdə polis nümayişçilərlə toqquşub


Əlcəzairdə polis nümayişçilərlə toqquşub
Əlcəzairdə polis nümayişçilərlə toqquşub

Minlərlə iğtişaş polisi Əlcəzair paytaxtında insanların nümayiş keçirməsinin qarşısını almağa çalışırlar. Qadağalara məhəl qoymayan nümayişçilər Əlcirin mərkəzində toplaşaraq prezident Əbdüləzi Butelfikanın istefası tələbi ilə “Əbutelfika çıx get!” deyə hayqırmışlar.

Xəbərlərə görə nümayişçilərin sayı bir neçə min olub, lakin polisin sayı daha çox olub. Nümayişi dağıdan polisin bir neçə adamı həbs etdiyi bildirilir. Əlcəzairin fövqəladə vəziyyət haqda qanununa əsasən 19 ildir ki, etiraz aksiyaları qadağan olunub. Hökumət gələcəkdə fövqəladə vəziyyəti ləğv edəcəyini bildirib.

Əlcəzairdə baş qaldıran etiraz dalğası Misir inqilabının 30 il prezidentlik etmiş Hüsni Mübarəki devirməsindən sonraya təsadüf edir.

XS
SM
MD
LG