Accessibility links

Beyrut limanında yanan bunkerlərin çoxu dağılıb


Beyrut limanının boş qalmış bunkerlərinin böyük bir hissəsi çərşənbə axşamı səhər çökərək toz buludu yaradıb. Xəsarət alanlar barədə məlumat verilməyib. Bu ərazi çoxdan boşaldılıb. Lakin bugünkü hadisə 2020-ci ilin avqustunda baş vermiş dəhşətli partlayışla daha bir ağrılı xatırlatmadır.

Çökmə nəticəsində bunkerlərin cənub bloku yanmış xarabalığın yaxınlığında qalır. Şimal bloku iki il əvvəl baş verən ilk partlayışdan bəri artıq tədricən çöksə da, bir ay əvvəl qıcqıran taxılların alovlanması nəticəsində yanğından sonra taam yararsız vəziyyətə düşüb.

50 il bundan əvvəl inşa edilmiş 48 metr hündürlüyü olan bunker 2020-ci il avqustun 4-də 200-dən çox sayda insanın ölümünə, 6000-dən çox insanın yaralanmasına və bütün məhəllələrə ciddi zərər vuran partlayışa tab gətirərək, Beyrutun qərb hissəsini effektiv şəkildə qoruya bilib.

Ölkənin müvəqqəti ətraf mühit naziri Nasir Yassin Livan televiziyasına bildirib ki, hökumət indi cənub blokunun qorunub saxlanmasını necə təmin edəcəyini araşdıracaq. O, limanın yaxınlığındakı sakinləri maska taxmağa çağırıb və mütəxəssislərin havanın keyfiyyəti ilə bağlı testlər aparacağını bildirib.

Livan hökuməti aprel ayında bunkerləri sökmək qərarına gəlsə də, partlayış qurbanları və sağ qalanların ailələrinin etirazlarından sonra qərarı dayandırdı. Onlar iddia ediblər ki, bunkerlərdə məhkəmə araşdırması üçün faydalı sübutlar ola bilər və bu, 2020-ci il faciəsindən bir xatirə kimi saxlanmalıdır.

İyul ayında bunkerin şimal blokunda taxılların qıcqırması səbəbindən yanğın baş verib. Yanğınsöndürənlər və Livan ordusunun əsgərləri yanğını söndürə bilməyib və bir aydan çoxdur ki, tüstülənməkdə davam edir. Rəsmilər bunkerin çökə biləcəyi barədə xəbərdarlıq etsələr də, yanğını söndürmək və ya vertolyotlardan su tökmək üçün yaxınlaşmaqda çətinlik çəkən yanğınsöndürənlərin və əsgərlərin həyatını riskə atmaqdan ehtiyat edib.

XS
SM
MD
LG