Accessibility links

Uşaq əməyinin istismarı Livanda dərin problemə çevrilib [Video]


Uşaq əməyinin istismarı Livanda dərin problemə çevrilib
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Uşaq əməyinin istismarı Livanda hələ Suriyadan qaçqınlar gəlməzdən əvvəl də dərin problemlərdən idi. Hazırda, humanitar yardımların tükəndiyi və ailələrin uşaqların gəlirinə ehtiyacı olan bir vaxt bu problem daha da dərinləşə bilər. Bu arada isə qeyri-hökumət təşkilatları uşaqların təhsilə yenidən inteqrasiya etmələrinə çalışdığı bir vaxt BMT onların uşaqlıqlarını geri qaytaracaq yeni proqramlarla çıxış edir.

Gündə 3-4 dollara işləmək Livandakı uşaq əməyi istismarı problemidir. Lakin Suriyadan qaçan və yaşamağa can atan ailələrin buna ehtiyacı var. “Nəyə görə anam tək işləməlidir. Mən narahat oldum. Mən anama kömək etmək istədim. O xəstədir, işləyə bilmir” deyə, suriyalı qaçqın Yasəmən Diib bildirir.

12 yaşlı bu uşaq ailəsi ilə birlikdə restoranlar üçün sarımsaq təmizləyir. Onların pula ehtiyacı var. Bundan əvvəl isə onlar kartof toplayırdılar. Onların anası Suriyada müharibədən əvvəlki həyatlarını yada salır. O, ərinin öz təsərrüfatı olduğunu və uşaqlarını məktəbə göndərdiklərini deyir. “Hər uşağın öz arzusu, öz həvəsi var. Mən təsəvvür belə edə bilməzdim ki, mənim uşaqların məktəbə getməyəcək, ağır işlər görəcək.”

Livan və Suriyadan olan minlərlə uşaq kənd təsərrüfatı sahəsində və küçələrdə işləyir. Bu problem getdikcə dərinləşir.

Suriya qaçqınlarına humanitar yardım azalıb, xərclər artıb və hökumət iş bazarına məhdudiyyətlər qoyub. Buna görə də BMT-nin Beynəlxalq Əmək və Ərzaq və Kənd Təsərrüfatı təşkilatları uşaqlar üçün təhlükə barədə məlumatın yayılmasına yardım etmək üçün yeni təlimatlar hazırlayır. Həkim Rana Əl-Barati: “Uşaq əməyi onların böyüməsinə və inkişafına təsir edir. Onların sağlamlığına və gələcək rifahına ciddi zərər vurur.”

Yerli qeyri-hökumət təşkilatı “Beyong Assosiasiyası”nın Yasəmən və onun üç bacızı üçün yaxşı xəbəri var. Bu regiondakı 450 uşağa yenidən oyun oynamaq, geri uşaqlıqlarına qayıtmaq və təhsil almaq imkanı verilib. "Beyong Assosiasiyası”ndan Leyla Assi: “Biz uşaqlarla addım-addım işləyirik. Onlar işdən çıxıb buraya gəlır və burada onların təhsil arzusu həyata keçir. İndi onların vəkil, həkim olmaq kimi arzuları var.”

Lakin işləmələri vacib olan uşaqlar bunu tez bir zamanda edə bilmir və bu proqramda işləyən uşaqların yalnız bir hissəsi iştirak edə bilir. Düşərgələrdəki evlərinə qayıdan uşaqlar arasında heç olmasa bacılara daha yaxşı gələcək mümkün görünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG