O, Beyrutun məşhur Uzey məhəlləsini arxada qoyaraq, nailiyyət dalınca getdi. Lakin Ayad Nasir maddi vəziyyətini düzəltdikdən sonra özü ilə məhəlləyə sənərkarlar gətirdi.
“Uzvil” sürətlə inkişaf edən, rənglərə boyanmış kreativ bir məkandır. O, əhalinin sıx yaşadığı davakar reputasiyaya malik bir məhəllədir ki, əsasən uçuq-sökük binaları ilə tanınır. Ayad Nəsirin arzusu doğulduğu məhəlləni yalnız gözəlləşdirmək deyil, həm də bu layihəsində o, yeni məhəlləsində ümidi yaşatmaq istəyir.
Bu, Beyrutun sərt reputasiyalı Uzey məhəlləsindəkı rəngli divarlar birliyə ümid artırır. Dünyanın hər yerindən Ayad Nasirin təşəbbüsü ilə gələn rəssamlar bundan belə “Uzvil” adlanan bu məhəlləyə öz rənglərini əlavə edib.
Pul qazandıqdan sonra doğulduğu Uzay məhəlləsinə dönən Ayad Nasir insanları bir araya gətirəcəyi və bir-birlərinə yardım edəcəyi ümidi ilə “Uzvil” üçün artıq 100 min dollar xərcləyib. “Məsələ yalnız şəhəri gözəlləşdirməkdə deyil, məsələ buradakı stereotipi pozmaq və bu ölkənin vətəndaşlarını livanlı olmağa çağırmaq, məsuliyyət hiss etməyə, öz küçələrini təmizləməyə və müstəqil olmağa sövq etməkdir " deyə, o bildirir.
Beyrutun sahilində, aeroportdan o qədər də uzaq olmayan Uzay qorxulu xarabalıqları ilə məşhurdur. Lakin buraya gələn sənərkarların çoxu başqa reallıqlarla üzləşib. Rəssam Mari Co Eyub: “Mən buradakı insanlarla əlaqə qura biləcəyimi gözləmirdim. Iakin onlarla 15 dəqiqə söhbət etdikdən sonra başa düşürsən ki, onlar da sənin kimidir.”
Bu layihəyə keçən ilin payızında başlanılıb və hər gün yeni əsər yaranıb. Hətta buraya uzaq Amerika, Braziliya və Rusiya kimi ölkələrin rəssamlarının işləri də gətirilib.
Onlarla birlikdə layihədə bu məhələnin gənc və yaşlı sakinləri də iştirak edir. Məhəllə sakinlərinin çoxu bu dəyişikliyi alqışlayır. Uzay sakini Qasım Fərhad: “Bu ərazinin dəyişməsi çox yaxşıdır, çünki nər kəsin Uzeydən xəbəri olmağa başlayıb, Bura o qədər də pis yer deyil.”
Ayad Nasir buranın təmizlənməsini də maliyyələşdirir. Lakin o deyir ki, sonda buranın təmiz qalması sakinlərin özlərindən asılıdır. Və bu layihədən Livan boyu istifadə edilməsi üçün yerli rəsmilərlə danışıqlar aparılır.
“Ola bilsin insanlar mənim milyarder olduğumu və pullarımı çölə tulladığımı düşünür. Xeyr, mən pullarımı çölə atmıram, bununla mən göstərmək istəyirəm ki, biz bunu etməsək ölkəmizi itirəcəyik" deyə, Ayad Nasir bildirir.