Accessibility links

Livanda peycerlərin partlaması nəticəsində 9 nəfər ölüb, 2800 nəfər yaralanıb


Livanın səhiyyə naziri çərşənbə axşamı İsrailin günahlandırıldığı əməliyyatda Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərin partlaması nəticəsində azı 9 nəfərin öldüyünü, 2800-dən çox insanın yaralandığını bildirib.

Küçələrdə təcili yardım maşınlarının hərəkət etdiyi vaxt Livanın Qırmızı Xaç Cəmiyyəti həkim və tibb bacılarını xəstəxanaya gəlməyə, mülki vətəndaşları isə qan verməyə çağırıb. Livan rəsmiləri ölüm və çox sayda yaranma hallarının peycerlərin partlaması nəticəsində baş verdiyini bildirib və ictimaiyyətə əllərində olan heç bir peycerdən istifadə etməməklə bağlı xəbərdarlıq edib.

İranın dövlət mediası ölkənin Livandakı səfiri Müctəba Amaninin peycer partlaması nəticəsində yaralananlar arasında olduğunu bildirib.

Livanın Hizbullah qrupu çərşənbə axşamı bəyanat yayaraq, baş verənlərdə İsraili ittiham edib. İsraili rəsmi açıqlama verməyib.

Hizbullahın azı iki üzvünün öldüyü bildirilib. Livanın səhiyyə naziri Firas Abiyad bir qızın da öldürüldüyünü bildirib.

İsrailli analitiklər bunun Hizbullahın təxminən bir il əvvəl İsraillə müharibə başlayandan bəri məruz qaldığı ən böyük təhlükəsizlik pozuntusu olduğunu və İsrailin Hizbullaha qarşı kəşfiyyat imkanlarını göstərdiyini deyib.

"Bu təhlükəsizlik insidentinin arxasında düşmən (İsrail) dayanır", rəsmi açıqlama vermədən bildirib. O, Hizbullah üzvlərinin daşıdığı yeni peycerlərdə litium batareyalarıınn olduğunu və belə görünür, onların partlaydığını əlavə edib. Litium batareyaları həddindən artıq qızdıqda tüstülənə, əriyə və hətta alovlana bilər.

Hizbullah lideri Həsən Nəsrullah daha əvvəl qrup üzvlərinə cib telefonu gəzdirməmələri barədə xəbərdarlıq edərək demişdi ki, İsrail bundan onların hərəkətlərini izləmək və hədəfli zərbələr endirmək üçün istifadə edə bilər.

İsrail hərbi qüvvələri Associated Press agentliyinə şərh verməkdən imtina edib.

Hadisə Livan və İsrail arasında gərginliyin artdığı bir vaxta təsadüf edib. Livanın silahlı Hizbullah qruplaşması və İsrail qüvvələri arasında İsrail və Hizbullahın müttəfiqi HƏMAS arasında Qəzzada 11 aydan çoxdur davam edən müharibə fonunda hər gün atışmalar baş verir.

Toqquşmalar Livanda yüzlərlə, İsraildə onlarla insanın ölümünə, sərhədin hər iki tərəfində on minlərlə insanın didərgin düşməsinə səbəb olub.

Forum

XS
SM
MD
LG