Accessibility links

Liviyanın Qübbə şəhərində silsilə bomba hücumları olub


Liviya rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-şərq bölgəsində 3 avtomobilə yerləşdirilmiş bombaların partladılması nəticəsində azı 30 nəfərin ölün, onlarla insan yaralanıb.

Hücumların bu gün, islamçıların nəzarətində olan ərazilərin yaxınlığında, Liviya hökumətinin nəzarətindəki Qübbə şəhərində həyata keçirildiyi bildirilir. Bomba hücumlarının hədəf obyektləri barədə xəbərlər zidiyyətlidir.

Rəsmilər bomba yerləşdirilmiş avtomobillərdən birinin təhlükəsizlik idarəsinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində partladıldığını bildirib.

Hücumların təhlükəsizlik obyektlərinə qarşı nəzərdə tutulduğunu deyən digər rəsmilər isə bombalardan birinin Liviya parlamenti spikerinin evini hədəf aldığını deyib.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG