Accessibility links

Liviyada daşqınlar 5 mindən çox insanın həyatına son qoyub, 30 mindən çox insan evlərini tərk edib


Beynəlxalq Miqrasiya Təşkilatı çərşənbə günü bildirib ki, Liviyanın şərqini vuran ölümcül daşqınlar 30 mindən çox insanın evlərini tərk etməsinə səbəb olub.

BMT agentliyinin bildirdiyinə görə, məcburi köçkünlərin azı 30 mini Derna şəhərindən, minlərləsi isə Benqazi də daxil olmaqla, digər bölgələrdəndir.

Rəqib hökumətlərin on il ərzində nəzarət uğrunda mübarizə apardığı ölkədə dəqiq rəqəmlər məlum olmasa da, 5000-dən çox insanın öldüyü güman edilir. Bəzi rəsmilər bu rəqəmin iki dəfə artacağını ehtimal edir.

Liviyanın şərqini idarə edən administrasiyanın mülki aviasiya naziri Hiçem Əbu Çkiyat Reuters xəbər agentliyinə bildirib ki, Dernada aşkar edilən cəsədlərin sayı 5300-dən çoxdur. Aralıq dənizində baş qaldıran "Daniel" fırtınası nəticəsində leysan yağışları və iki bəndin dağılmasından sonra ən çox bu şəhər zərər çəkib.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası sentyabrın 13-ü Dernada vəziyyətin çox ağır olduğunu və beynəlxalq dəstəyə ehtiyac olduğunu bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG