Accessibility links

Liviyada etirazçılar və ekstremistlər arasında toqquşmada 11 nəfər həlak olub


Etirazçılar ekstremistlərin bazalarını ələ keçirib

Liviya rəsmiləri Benqazidə ekstremistlərə hücum edən qəzəbli insanları geri çəkərək vəziyyəti sabitləşdirməyə çalışır. Ekstremistlər və etirazçılar arasında toqquşma 11 nəfərin ölümü, 60-dan çox adamın yaralanmasına səbəb olub.

Etirazçılar jihad tərəfdarı döyüşçüləri qərargahlarından çıxarıb və Benqazidə daha bir neçə yarı hərbi bazanı ələ keçirib.

Ənsar Əl-Şəriə qrupunun qərargahı və islamçı ekstremistlərin daha iki bazası bu kimi güclü hərbi dəstələrin tərksilah edilməsi tələbilə on minlərlə liviyalının Benqazi küçələrində yürüş keçirməsindən sonra ələ keçirilib.

Ənsar Əl-Şəriə qrupunun Benqazidə Amerika konsulluğuna hücum və ABŞ səfiri Kristofer Stivens və digər üç amerikalı diplomatının keçən həftə qətlində əli olduğu bildirilir. Qrup bu ittihamı rədd edir.

Etirazçılar həmçinin hökumətdən təhlükəsizliyin bərqərar edilməsi üçün polis və hərbi qüvvələrin təşkilini tələb edib. Onlar eyni zamanda silahlı qruplara qarşı artan reaksiyanı nümayilş etdirib.

Müəmmar Qəzzafi hakimiyyətinin devrilməsindən sonra Liviyada ekstremist qüvvələrin avtomat silah, qumbara və ağır silahlardan ibarət hərbi arsenal yaradaraq gücləndiyi müşahidə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG