Accessibility links

Litvanı Rusiyanın qarşıdan gələn seçkilərə müdaxilə edəcəyi qorxudur


Litvanın kəşfiyyat agentliklərini Rusiyanın may ayında prezident seçkisi də daxil edilməklə, qarşıdan gələn seçkilərə müdaxilə edəcəyi qorxudur.

XX əsrin uzun bir dövrü Moskva tərəfindən idarə edilən bu Baltik ölkəsi həm NATO, həm də Avropa İttifaqının üzvüdür.

Rusiyanın Krımı ilhaq etməsindən ciddi narahatlıq keçirən Litva Rusiyanın işğalından müdafiə məqsədi ilə Almaniyanın başçılıq etdiyi batalyona ev sahibliyi edir.

Bu ölkədə bu il bələdiyyə, prezident və Avropa Parlamenti seçkiləri, 2020-ci ildə isə parlament seçkiləri keçirilməlidir.

"Rusiya kəşfiyyatı 2019-2020-ci il seçkilərinə müdaxilə edəcək. Mümkündür ki, Rusiya informasiya və kibernetika yolu ilə seçkilərin kursunu dəyişsin" - deyə Litvanın kəşfiyyat agentliklərinin birgə dəyərləndirməsində bildirilir.

Bildirilib ki, Moskva Litvanın sosial medaisında "təbliğat və dezinformasiya" yaya bilər.

Kreml sözçüsü Dmitri Peskov isə iddiaları əsassız adlandıraraq, Rusiyanın heç bir ölkənin seçkisinə müdaxilə etmədiyini bildirib.

Rusiya Estoniyada 2007-ci ildə informasiya sisteminə hücum da daxil edilməklə, bir sıra kiberhücumlara görə günahlandırılıb.

ABŞ-ın xüsusi təhqiqiatçısı Robert Müller də Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair araşdırmalara rəhbərlik edir.

Rusiya bütün bu ittihamları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG