Accessibility links

Livanın tarixi binaları yenidən həyata qaytarılır


Livanın tarixi binaları yenidən həyata qayıtmağa başlayıb
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Güllə yerləri və müharibənin qoyduğu yaraların izləri ilə dolu, vaxtilə məşhurların Livanda sevimli yeri olan mehmanxana 40 ildən sonra bir rəssamın əsərləri ilə yenidən həyata qayıdır.

Müharibənin izlərini qoyduği bu bina, Livanın qızıl dövrü sayılan 1920-ci illərdə, daha sonra isə 1960-cı illərdə çox məşhur bir yer idi. Hazırda Beyrutdan 30 km. şərqdə yerləşən “Grand Sofar” bir rəssamın əsərləri ilə yenidən həyata qayıtmağa başlayıb.

Britaniyalı rəssam Tom Yanq Livandakı vətəndaş müharibəsinin şahidi olan binaların tarixini öyrənməyə çalışır. Daha sonra o, köhnə fotoşəkillərə, arxitekturaya, hətta insanların xatirələrinə əsaslanaraq həmin binaların rəsmlərini yaradır.

Rəssamın sözlərinə görə, Livanda tarixi binaların qorunması ilə bağlı qanun yoxdur və bu binalar həyəcan doğuracaq bir səviyyədə yox edilir. Tom Yanq: “Həqiqətən də tariximiz və xatirələrimiz bizim kimliyimizi göstərir. Livanda isə həm memarlıq, həm də insan yaddaşının məhv olması səbəbindən bu kimlik təhlükə altında qalır. Beləliklə, mənim layihələrim həqiqətən yaddaşın silinmə prosesinə qarşı çıxır. "

Tom Yanq “Grand Sofar”da çəkdiyi rəsmlərındə vətəndaş müharibəsindən əvvəlki 1975-ci ildəki dövrü təsvir edir.

Vaxtilə buraya məşhurlar gəlib, Samirə Sayeh kimi məşhur xanımlar burada evlənib. “Mən 52 il geriyə, toy günümə qayıtdım. Həmin gün çox emosional, eyni zamanda xoşbəxt bir gün idi. Tom “Grand Hotel”ə böyük, çox böyük qapı açdı ki, insanlar buraya gəlib bu mehmanxananın tarixini öyrənir” deyə, Samirə Sayeh bildirir.

Livanda artıq 9 ildir yaşayan Tom Yanq bu binada olduğu kimi, Beyrutda tərk edilmiş digər binalarda da sərgilər təşkil edib. Bu sərgilər pulsuzdur və inalarda binaların tarixlərinə maraq yaratmaq məqsədilə bu binalarda icma tədbirləri də keçirilir. “Bu dəyərli binalar uzun zamandır yatmış vəziyyətdədirlər. Mən isə öz əsərlərimlə, öz layihəmlə bu binaları ayıltmağa, ictimaiyyətə açmağa çalışıram. Onların hər kəs üçün mədəni və yaradıcılıq yerləri olmasını istəyirəm.”

Tom Yanq bu qiymətli xəzinələri yuxudan fırçasının gücü ilə oyatmağa çalışır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG